Adi avtomobilin istehsalından daha ucuz: Tesla Cybertruck-ın istehsalat xərci hesablanıb

Keçən ilin noyabr ayının sonunda Tesla şirkəti qeyri adi dizayna sahib Cybertruck adlı elektrikli pikap modelini təqdim etmişdi. Həmin vaxtda elektromobilin qeyri adi dizaynı bir çoxlarını təəccübləndirmiş və maraqlarını cəlb etmişdi. Lakin Sandy Munro adlı mütəxəssisin fikrincə bu cür qeyri adi dizayn heç də təsadüfi yaradılmayıb. Onun sözlərinə görə sözügedən dizayn Tesla şirkətinə Cybertruck-ın istehsalında milyonlarla dollar vəsait qənaət etməyə yardımçı olacaq.
Bu barədə Electrek saytı xəbər verib. Mütəxəssisin sözlərinə əsasən adi avtomobillərin gövdələrinin istehsalat texnologiyası ilə müqayisədə Tesla Cybertruck-ın gövdəsinin hazırlanma texnologiyası daha ucuz başa gəlir. Belə ki, ekzoskelet əsaslı platformadan və ultranazik paslanmaz poladdan istifadə istehsalat xərclərini aşağı salır. Bu məsələdə mütəxəssis növbəti misalı gətirib:
50.000 ədəd Ford F-150 pikap modelinin istehsalına 210 milyon dollar tələb olunursa, 50.000 ədəd Tesla Cybertruck-ın istehsalına 30 milyon dollar vəsait tələb olunacaq. Təbii ki, bu vəsait göstəricisinə yalnız istehsalat prosesi daxildir. Elektromobilin istehsalı üçün olan materialların qiymətləri bura daxil deyillər. Elon Musk özü şəxsən mütəxəssisin analizini qiymətləndirib. Musk qeyd edib ki, mütəxəssisin analizlərində həm doğru olan həm də doğru olmayan məqamlar var.
fins.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












