Almaniya sistetik yanacaqdan istifadənin dayandırılmamasını istəyir

Almaniya elektromobilə tam keçidi ləngidir. Avropanın ən böyük avtomobil istehsalçısı 2035-ci ildən sonra sintetik yanacağın istifadəsində israrlıdır. Bu təklifi başqa ölkələr də dəstəkləyir.
Avtosfer.az-ın xəbərinə görə, Almaniyanın bu həftə Brüsseldə avtomobillə bağlı keçiriləcək tədbirdə iştirak etməyəcəyi təsdiqlənib. Bu da bəri başdan deməyə imkan verir ki, 2035-ci ildə daxiliyanma mühərriklərinin tam qadağan edilməsinə dair qərarın qəbulu mümkün olmayacaq. Başqa sözlə, Avropa parlamentinin istilik mühərriklərini tam qadağan etməyə dair yekun qərar qəbul edilməyəcək.
2035-ci ildən etibarən Avropa ittifaqında istilik mühərrikli avtomobillərin qadağan edilməsinə dair layihənin mətni oktyabrda razılaşdırılıb. Bu həftə isə 27 dövlətin nəqliyyat nazirləri qərarı təsdiqləməli idi. Bu təsdiqdən sonra onun ləğvi və ya dəyişdirilməsi mümkün olmayacaqdı.
Avropa Şurasına müvəqqəti sədrlik edən İsveçin nümayəndəsi bildirib ki, tərəflər məsələni daha sonra müzakirə etməyi qərara alıblar. Avropa səfirləri lazım gəldikdə bu məsələnin müzakirəsinə qayıdacaq.
Qərara qarşı çıxan təkcə Almaniya deyil. Böyük avtomobil istehsalçılarından olan İtaliya və Polşa da narazıdır. Bolqarıstan da iclasda iştirak etməyəcəyini təsdiqləyib. Lakib bu 3 ölkə təkbaşına qərarı bloklaya bilməyəcək. Lakin Almaniyanın mövqeyi həlledicidir. Belə ki, Avropa İttifaqında qərarların qəbulu üçün ittifaq əhalisinin azı 65%-ni təşkil edən ölkələrin 55%-nin səsi zəruridir. Almaniyasız belə bir yetərsay mümkün olmayacaq. Almaniyanın nəqliyyat naziri Volter Vissinq deyir: “Biz Avropa Komissiyasına aydın şəkildə bildirmişik ki, daxiliyanma mühərriklərində 2035-ci ildən sonra da sintetik yanacağın istifadəsi qaydalarına dair təkliflər verməlidir. hazırda isə bu yoxdur”.
Qeyd edək ki, ötənilki sənədə Roma və Berlinin tələbi ilə 2035-ci ildən sonra sintetik yanacağın istifadəsinin mümkünlüyü barədə maddə salınıb. Hazırda bu yanacaq növü sürətlə təkmilləşdirilir. Ondan istifadə zamanı karbon 4 oksidin həcmi az olsa da, istehsalı üçün böyük həcmdə elektrik tələb olunur. Bu da onun 2035-dən sonra istifadəsini şübhə altına qoyur.
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










