Ekipaj üzvləri arasında 6 azərbaycanlı olan gəmi Qara dənizdə SOS siqnalı paylaşıb - FOTO

Tanzaniya bayrağı altında üzən AMANOS adlı yük gəmisi istənilən vaxt Rumıniya sahillərində bata bilər.
Avtosfer.az-ın məlumatına görə, gəmidə 6-sı azərbaycanlı, 2-si türkiyəli olmaqla 8 ekipaj üzvü var.
Rumıniyanın Manqalia şəhərindən 2 kilometr məsafədə gəmidən SOS siqnalı göndərilib. Gəminin heyəti Rumıniya Sahil Mühafizəsi Xidmətindən kömək istəyib və gəminin burnunun qırıldığını və suyun gəmiyə daxil olduğunu bildirib. Onun tezliklə su altında qala biləcəyini və batacağını güman edərək, dərhal xilasedici gəmilər göndərilib. Bununla belə, “Teia”, “Brisco” və “Feniks” adlı üç xilasetmə gəmisi hadisə yerinə gələndə gəminin kapitanı xilasedicilərə gəmiyə minməyə icazə verməyib və onlardan kömək almaqdan imtina edib. O bildirib ki, ekipaja dəyən ziyanı aradan qaldıra və kiçik təmir işləri apara bilər. Daha sonra Bolqarıstan sularına doğru dənizə yola düşüb. Gəmiyə hansı yükün yükləndiyi məlum olmasa da, kapitanın özünü necə aparması çoxlu suallar yaradıb. Gəminin təfərrüatları, sahibi və daşıdığı yükün növü ilə bağlı şübhələrin artmasına səbəb olan bu davranışların səbəbi naməlum olaraq qalır.
Leyla
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR













