"Audi" Çində elektrikli avtomobil fabriki inşa edir

Alman avtomobil istehsalçısı “Audi” Çində 4,5 milyard dollar dəyərində müştərək sərmayə ilə elektrikli avtomobil fabriki inşa edir.
Avtosfer.az xəbər verir ki, “Audi” və “First Automobile Works” (FAW) şirkətlərinin ortaq layihəsinin təməl qoyma mərasimi Çinin şimal-şərqində yerləşən Cilin əyalətinin paytaxtı Çançun şəhərində keçirilib.
Yüksək investisiya qoyulan bu müəssisə layihəsinin illik 150.000 avtomobil istehsal gücünə sahib olacağı nəzərdə tutulub.
“Audi”nin Çində sırf elektrikli avtomobillər üçün ilk istehsal bazası olan bu obyektin 2024-cü ilin sonunda başa çatdırılaraq istifadəyə verilməsi gözlənilir. Fabrikin ilk istehsalı “A6 e-tron” və “Q6 e-tron” markalarının yüksək səviyyəli modelləri olacaq.
Qeyd edək ki, “Audi”, Çinin böyük avtomobil istehsalçısı “FAW” ilə “NEV”in birgə müəssisəsində böyük paya sahibdir.
APA
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












