Audi: Uşağın sözü ilə ərsəyə gələn marka

1890-cı illərin Almaniyası. Avtomobil sənayesinin ilk dövrü.
Avtosfer.az xəbər verir ki, “Daimler” şirkətində hazırlıq keçmiş gənc mühəndis Oqüst Xorx Vürtemberqdəki bir atelyedə mühərrik istehsalı ilə məşğul olur. Lakin bir müddət sonra o, şəriklərindən ayrılıb müstəqil işləmək fikrinə düşür. O, atelyeni tərk edərək özünüə başqa bir sex açır və “August Horch & Co” şirkətini qurur.
Bu dəfə də onun idarə heyəti ilə problemləri yaranır və 1909-da şirkəti tərk edir. Xorx özü səhmdar cəmiyyət yaradır və onu “August Horch AutomobilWerke” adlandırmaq istəyir. Lakin əvvəlki şirkətlə uyğunluğa görə bu adın qoyulmasına icazə verilmir.
Günlərin birində Xorx azyaşlı oğlunun latın dilindəki “Audi alteram partem” (qarşı tərəfi dinlə - hüquq prinsipi) ifadəsini təkrarladığını görür və qərara alır: Şirkətin adı “Audi” olacaq. Elə alman dilindəki Xorx da latın dilindəki Audi kimi “dinlə, qulaq as” mənasını verir. Beləcə, bir brend ortaya çıxır.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












