Avropada satılan 4 elektromobil avtobusdan biri “Karsan e-JEST” oldu

“Mobilliyin Gələcəyində Bir Addım Öndə” olma şüuarı ilə irəliləyən texnoloji hərəkətlilik həllərini təqdim edən “Karsan”elektromobil nəqliyyat vasitələriylə Avropada ən çox satılan markalardandır. Avropanın elektromobil avtobus bazarında dominantlıq edən “Karsan”, “e-JEST” modeli ilə elektromobil sahədə də iddiasını ortaya qoyur.
Avtosfer.az xəbər verir ki, markanın 2019-cu ildə istifadəyə verdiyi və “Karsan”ın ilk elektromobil modeli olan “e-JEST” 2020 və 2021-ci illərin ardıyca 2022-ci ildə də Avropada bu sahədə olan avtonus bazarında liderliyini qoruyub saxladı.
Avropada elektromobil avtobus bazarının 2022-ci ildə əvvəlki illə müqayisədə yüzdə 84 faiz böyüdüyünü qeyd edən “Karsan”ın CEO-su Okan Baş bu ifadələri bildirdi: “Bazar həcmi sadəcə bir ildə iki qatına yaxınlaşdır. Böyüyən bazarda, həmçinin inkişaf edən rəqiblər arasında liderliyimizi elan etdik və üçüncü ilimizdə də Avropa bazarında mövqeyimizi qoruyub saxladıq.
Təbii ki, bu təkcə “Karsan” üçün deyil, bütün türk avtomobil dünyası sənayesi üçün də önəmli bir uğurdur. “Karsan e-JEST”; Fransa, Rumıniya, Portuqaliya, Bolqarıstan, İspaniya bazarlarında güclü iştirakçı olaraq diqqət mərkəzindədir. Markanın “e-JEST”lə yanaşı, “e-ATAK” modelimiz də 2022-ci ildə Avropada elektromobil avtobus seqmentinin ikinci dəfə lideri oldu. Bütün “Karsan” modellərinin eyni güclü qrafikini 2023-cü ildə də davam etdirəcəyinə inanıram”.
Yüksək manevr qabiliyyəti və bənzərsiz komfortu ilə özünü sübut edən “e-JEST” 170 HP güc və 290 Nm tork emal edən “BMW” istehsallı elektromobil mühərrikinə sahibdir. “BMW” infrastrukturuna sahib batareyalarla “e-JEST” 210 kilometrə qədər məsafə təqdim edərək 6 metrlik elektromobil avtobus sinfinin ən yaxşı performansını irəli sürür.
Markanın ən çox satəlan modeli - “e-Jest” enerjini geri qaytarmağı həyata keçirən regenerasiya funksiyalı əyləc sistemi sayəsində batareyalır 100/25 faiz öz-özünə şarj edə bilir. Tamamilə rəqəmsal idarə paneli, açarsız işə salma, USB girişiylə təmin edilən və tələbə bağlı olaraq WiFi-yə uyğun strukturu təchiz edən “e-JEST”, 4 təkərli müstəqil asma sistemi ilə də çox tutumlu avtomobil rahatlığını təmin edir.
Nərmin Əkbər
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










