Avropada satılan "Toyota Highlander" modeli yenilənib - FOTO

Toyota şirkəti Köhnə Dünyada satılan üçsıralı Highlander krossoverini yeniləyib. Qərbi Avropada model hibrid qurğusu ilə təklif edilir, Şərqi Avropada isə, Lexus NX krossoverindən tanış olan 2,4-litrlik “turbodördlük” ilə təchiz olunacaqdır.
Bundan əlavə, Highlander modelinin rəng palitrasına yeni yaşıl matallik rəngi daxil edilib. Krossover yeni dizaynlı 20-düymlük təkər disklərini və bulud naviqasiyası olan Smart Connect multimedia sistemini də əldə edib.

Toyota Highlander Avropada 2021-ci ildən satışdadır. Burada krossover yalnız 2.5-litrlik mühərrikə əsaslanan 248 at qüvvəli hibrid güc qurğusu ilə təklif edilir. Güc qurğusu variator və tam ötürmə sistemi ilə birlikdə çalışır.
Bununla belə, yeniləmə ilə birlikdə Highlander modelinin mühərrik çeşidinə Lexus NX modelindən tanış olan 269 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 2,4-litrlik dördsilindrli turbomühərrik də daxil edilib. Maraqlıdır ki, bu aqreqat yalnız Şərqi Avropada təklif ediləcək və faktiki olaraq 3,5-litrlik V6 mühərrikini əvəzləyəcəkdir. Qərbi Avropada isə, üstünlük yalnız hibridə verilir.

Yeni mühərrikə əlavə olaraq, 2023-cü model ilinin Highlander modeli yeni Cypress Green rəngini, parlaq qara rəngli 20-düymlük təkər disklərini və salonun iki yeni dəri (bej və oxra) ilə tərtibat variantını əldə edəcəkdir.
12,3 düymlük rəqəmsal cihazlar paneli və eyni ölçüdə ekrana malik olan yeni Smart Connect multimedia sistemi də krossoverin təchizatına daxil edilib. Multimedia bulud naviqasiyasını, smartfondan idarəetməni və simsiz Apple CarPlay tətbiqini dəstəkləyir.


Krossoverin bahalı versiyalarında internet bağlantısı olmadan işləyə bilən daxili naviqasiya sistemi ilə təchiz edilmiş Smart Connect+ adlı sistemin genişləndirilmiş versiyası quraşdırılacaqdır. Üstəlik,modelin təchizatına qadcetlərin simsiz doldurulması sistemi də daxil ediləcəkdir.
2023-cü model ilinin Highlander modelinə sifarişlər artıq qəbul olunur. Krossoverlərin çatdırılmasına 2022-ci ilin dördüncü rübündə başlamaq planlaşdırılır.
autograph.az
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI










