Avropanın ən böyük avtomobil sınaq poliqonu bağlanır - FOTO

Almaniyanın avtomobil sənayesində çətinliklər bitmir. Söhbət təkcə Çinlə rəqabətdə geri qalmaqdan getmir.
Avtosfer.az xəbər verir ki, “Opel” Düdenhofendəki sınaq poliqonu bağlanır. 1966-cı ildə istismara verilmiş poliqonda hər gün minlərlə kilometr yürüş keçirilirdi. Burada istənilən tip yol imitasiya edilir.
Lakin “Opel” şirkəti “Stellantis” qrupu tərəfindən alındıqdan sonra sınaq poliqonu fransız Segula şirkətinin nəzarətinə verildi. Bu həftə şirkət iflas etdiyi üçün poliqonda işləyən 287 nəfər iş yerini itirib. Daha yaşlı və təcrübəli 82 işçi isə başqa müəssisələrə işə keçirilib.

Bəs baş ofisə 40 kilometr məsafədə yerləşən poliqon bağlandıqdan sonra “Opel” sınaqları harada keçirəcək?
Bir müddətdir şirkətin avtomobillərinin sınaqları “Stellantis”in İtaliya və Fransadakı poliqonlarında həyata keçirilirdi. Qrup 3 Avropa ölkəsində çox sayda sınaq poliqonuna sahibdir. İndi isə onlardan bəzilərindən qurtulmaq istəyir.
Vüqar
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












