Avtomobili təyyarə ilə səhv saldı - VİDEO

Dairənin içindən göyə qalxdı, eyni sürətlə yola çırpıldı.
Avtosfer.az">Avtosfer.az xəbər verir ki, dəhşətli qəzanın görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Rusiyanın Belqorod vilayətində, gecə saat 3-də qeydə alınan hadisə, anbaan müşahidə kameralarına düşüb. Belə ki, yüksək sürət həddi ilə qarşıdan gələn “BMW” markalı avtomobil, yolun ortasındakı dairənin dirəyinə çırpılaraq öncə onun içərisini yararsız hala salıb, daha sonra ön hissəsi yuxarı qalxmış vəziyyətdə göyə qalxaraq yoldan yeddi metr kənara uçub. Böyük zərblə yerə yapışan avtomobil, tək özüylə kifayətlənməyərək yolun kənarında park edilmiş avtomobillərə də xəsarət yetirib. Qəzalı maşının küləyindən yan keçə bilməyən avtomobillərdən birinin yan tərəfi sıradan çıxıb. “BMW” isə, tamamilə yararsız hala düşərək, evakuator vasitəsilə yoldan götürülüb və ciddi xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalar zamanı, onun içkili olduğu və yüksək sürətlə bir anlıq idarəetməni itirdiyi müəyyənləşib.
Qeyd edək ki, ziyan dəyən avtomobillərin sahibləri ilə yanaşı, ərazidə yaşayan sakinlər də sürücüdən şikayət ediblər.
Nərmin Əkbər
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












