Avtomobillər müasirləşdikcə ağırlaşır – SƏBƏB - FOTO

Son 15 ildə krossoverlərin populyarlaşması ağır avtomobillərin sayının artmasına səbəb olub. Elektromobillərin və hibridlərin artması ilə minik avtomobilləri daha da ağırlaşıb. Əsas ağırlıq yaradan detal batareyadır. Lakin bunsuz da avtomobillər ağırlaşır.
Avtosfer.az-ın xəbərinə görə, Volvo EX90 elektromobili 2800 kq-dır. Eyni kuzovun hibrid versiyasi 2 300 kq, dizel versiyası isə 2 100 kq gəlir.
40 il əvvəl C sinif “Mercedes”in (190) kütləsi 1080 – 1300 kq arası dəyişirdisə, bu gün C sinif elektromobil 2 tondan ağırdır.
Lakin avtomobilləri ağırlaşdıran təkcə batareyalar deyil. Daxili yanma mühərrikli avtomobillərdə də “ağırlaşma” müşahidə olunur. Səbəb aktiv və passiv təhlükəsizliklə bağlı detalların artmasıdır. Beynəlxalq təşkilatların təhlükəsizliklə bağlı tələbləribə paralel olaraq kütlə də artır.
Komfortla bağlı detallar da kütlə artımı ilə nəticələnir. Kondisioner, şüşəqaldırıcılar, qızdırılan oturacaq, sükan gücləndirici kimi artıq standart olan detalların da kütləsini nəzərə alsaq ciddi rəqəm ortaya çıxar.
Kütlənin artması isə daha güclü mühərrikin olmasını şərtləndirir. Son nəticədə isə yanacaq sərfiyyatı da artır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













