Azərbaycana idxal edilən elektromobillər neçəyə başa gəlir?

2023-cü ildə Azərbaycanın elektromobil idxalında kəskin artım müşahidə edilir. İlin əvvəlindən yeni idxal şərtlərinin qüvvəyə minməsi elektromobil idxalına marağı artırıb.
Sfera.az xəbər verir ki, yeni qaydalara əsasən istehsal tarixindən 3 ilə qədər vaxt keçən elektromobilləri gömrük rüsumu və əlavə dəyər vergisi (ƏDV) ödəmədən idxal etməyə icazə verilir. Təzə elektromobillərin idxalı zamanı gömrükdə yalnız xidmət haqqı ödənilir ki, onun da məbləği avtomobilin dəyərindən asılı olaraq maksimum bir neçə yüz manat olur.
Elektromobil idxalının əlverişli olması bu növ maşınların alışını artırıb. Buna görə də bu il elektromobillərin idxalı bir neçə dəfə artıb.
Dövlət Gömrük Komitəsinin yanvar-sentyabr aylarına aid olan məlumata əsasən, Azərbaycana 2 118 ədəd elektomobil idxal edilib. Ötən ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 301 ədəd idi. Müqayisə göstərir ki, bu il idxal olunan elektromobillərin sayında 7 dəfədən çox artım baş verib.
İdxal edilən elektromobillərin sayı artmaqla yanaşı onun alışına çəkilən xərclər də artır. Başqa sözlə, alıcılar tədricən daha bahalı avtomobillərə maraq göstərir.
2022-ci ildə idxal edilən bir elektromobilin orta dəyəri 33,7 min dollar (57,3 min manat) olduğu halda, bu il idxal edilən avtomobillərdə orta qiymət 40,6 min dollara (69 min manat) yüksəlib.
Buradan görünür ki, avtomobil sahibləri daha yüksək qiymətə olan elektromobillərə maraq göstərməyə başlayıblar. Buna görə də elektromobil idxalına çəkilən xərc də kəskin artıb.
Ötən ilin 9 ayında elektromobil idxalına 10,14 milyon dollar xərcləndiyi halda, bu il 86 milyon dollara yaxın pul xərclənib.
İdxalın dinamikası göstərir ki, avtomobil alanlar gələcəkdə elektromobil idxalını və onlara çəkilən xərcləri artırmağa davam edəcəklər.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












