"Bentley Bentayga EWB" modelinin Airline Seat oturacaqları barədə danışıb - FOTO

Bentley Bentayga EWB modelinin ən maraqlı opsiyalarından biri, əvvəllər heç vaxt görülməmiş rahatlıq səviyyəsini təklif edən Airline Seat kreslolarıdır. Onlar 22 istiqamətdə tənzimləməyə malikdirlər, özü də, elektrik mühərrikləri başlıqları, yan dayaqları və yastığın ön kənarını hərəkətə gətirirlər.
Bundan başqa, oturacaqlar ilk dəfə olaraq, avtomatik iqlimə nəzarət və təkmilləşdirilmiş bədən mövqeyinin tənzimlənməsi sistemləri ilə təchiz olunurlar. Bentey şirkətindən bu oturacaqların avtomobildə quraşdırılan ən qabaqcıl oturacaqlar olduğunu deyirlər və bunun səbəbini izah da edirlər.

Kreslolarda temperatur və rütubətə nəzarət edən sensorlar dəsti mövcuddur. Məlumatlar hər 25 millisaniyədən bir yenilənir, ölçmə dəqiqliyi isə, 0,1 dərəcə Selsi təşkil edir. Sərnişinə yalnız yeddi profildən birini seçmək gərəkdir – qalan şeyləri elektronika həll edəcəkdir.
Elektronika gərək olan optimal temperaturu əldə etmək üçün, hansı səviyyələrdə isitmə, soyutma və ventilyasiyanın tələb olunduğunu müəyyənləşdirəcək, sonra isə termotənzimləmə sistemini mikrotənzimlənməsi vasitəsi ilə onu qoruyub saxlayacaqdır. Bentley şirkətindən bildirildiyinə görə, müştərilərin 75-80 faizi standart tənzimləmələrə üstünlük verirlər və yalnız 5 faizi daha yüksək/aşağı göstəricilərdən istifadə edir.

Airline Seat oturacaqlarının başqa bir xüsusiyyəti proaktiv bədən korreksiyası sistemidir. Bentley tərəfindən manual terapevtin iştirakı ilə hazırlanmış xüsusi alqoritm altı fərdi hava yastığından istifadə edir və 177 təzyiq nöqtəsi yaradır.
Bədənlə oturacaq arasında təmas nöqtələrini incə şəkildə dəyişdirərək, bəzi toxumaları sərbəstləşdirmək, digərlərini isə yükləmək mümkündür ki, bu da orqanizmə təbii şəkildə özünü bərpa etməyə imkan verir. Sistem sərnişinin bədən quruluşunu nəzərə alır və uzun məsafəli səfərlər zamanı yorğunluğu xeyli azaldır.


Eyni zamanda, oturacaqların tənzimlənməsinə 12 aşağı səs-küylü elektrik mühərrikləri və pnevmatik klapanların üç elektron idarəetmə bloku cavabdehdir. Onların hamısı Seat Motion & Wellbeing elektron idarəetmə blokuna bağlıdır.
Airline Seat oturacaqlarını həm standart 4+1 oturacaq konfiqurasiyası olan (daha bir sərnişin formal olaraq arxa oturacaqlar arasındakı qatlanan əlavədə yerləşdirə bilər), həm də opsional dördyerli salon üçün sifariş etmək mümkündür.
autograph.az
Bu ilin 6 ən sərfəli elektrik avtomobili - Pul verməyə dəyər - SİYAHI
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO










