"BMW 5-Series" yeni modelləri təqdim etdi

Avtomobilin iki versiyası 2.0 benzin mühərriki və arxa ötürücülü "BMW 520i Touring"dir. Turbo mühərrikə 48 voltluq starter-generator kömək edir və bu ikisi birlikdə 208 at gücü və 330 Nm hasil edir.
Avtosfer.az motor.ru-ya istinadən xəbər verir ki, universalın qiyməti 60 min avrodur. Alternativi "550e xDrive Touring" benzinli "plug-in" hibrididir. 79 300 avroya tam ötürücü əlavə edilir və onun ən yüksək gücü 489 at gücünə bərabərdir.
Bu xəttdə daha bir əlavə model "BMW i5 xDrive40 Touring" elektromobilidir ki, o, iki elektrik mühərriki, tam ötürücü, 394 at gücü və 590 Nm-yə malikdir. Belə bir avtomobilin qiyməti 77 600 avrodur.
İndiyə qədər altı silindrli dizel mühərriki (540d) ilə "BMW 5-Series" universalları və eyni zamanda çeşiddə nisbətən ucuz "plug-in" hibrid (530e) mövcud olmayıb. Sedanda isə bütün bu modifikasiyalar var.
(oxu.az)
Bu ölkədə nömrənin hər hərfinə görə pul ödəniləcək
Rusiyada avtomobil satışında ciddi geriləmə - FOTO
Elektrik avtomobillərində gizli nasazlıq: Batareya problemi yaşanır
Çin avtomobilləri ilə bağlı daha bir QADAĞA
İlk avtomobili atla ötmək mümkün idi - FOTO
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir












