"BMW" dözümlülük yarışlarında iştirak edəcək sportprototipi nümayiş etdirib

BMW şirkəti IMSA WeatherTech SportsCar çempionatının yeni LMDh sinfində çıxış edəcək BMW M Hybrid V8 sportprototipini təqdim edib. Onun hazırlanmasında BMW M Motorsport bölməsi, Dallara firması və BMW Group Designworks studiyası iştirak edib.
Məhz Designworks avtomobil üçün əfsanəvi BMW yarış avtomobillərinin mozaikasını əks etdirən qeyri-adi livvariyanın müəllifidir.

Sportprototipin rəsmi adı BMW M Hybrid V8 kimi səslənir. O, BMW M Motorsport tərəfindən Dallara şassisində inşa edilib və IMSA WeatherTech SportsCar çempionatının yeni LMDh sinfinin (Le Mans Daytona h, burada h - hybrid, yəni hibrid deməkdir) qaydalarına cavab verir.
Avtomobilin dizaynı BMW Group Designworks kreativ studiyası tərəfindən yaradılıb və yol modellərinin dizaynı ilə bənzərlik daşımır. Sportprototipin BMW avtomobili olduğuna “burun dəlikləri” və rəngli BMW Motorsport loqotipi işarə edir.

Avtomobilin əsl formalarını və bəzi texnoloji elementlərini gizlən livreya daha maraqlıdır. Onun üzərindəki mozaika BMW yarış avtomobillərinin təsvirlərindən formalaşıb. Bu siyahıya 1976-cı ilin 3.0 CSL, 1981-ci ilin M1/C (IMSA GTP üçün xüsusi olaraq hazırlanmış ilk BMW avtomobili), 1978-ci ilin 320i Turbo, 1986-cı ilin GTP, M3 (E36) GTS-2, Z4 GTLM və müasir M8 GTE yarış avtomobilləri daxildir.
Belə livreyanı “geyinmiş” BMW M Hybrid V8 sınaqlaar üçün açıq olan yarış treklərində testlərdən keçiriləcəkdir.


Sportprototipin hibrid qurğusunun gücü ciddi şəkildə təniozmlənir. Daxili yanma və elektrik mühərriklərinin birgə hasilatı 500 kilovatdan (680 at qüvvəsi) çox ola bilməz. Avtomobilin kütləsi isə, 1 030 kiloqramdır.
Porsche, Audi, Acura, Cadillac və Alpine markaları da 2023-cü il mövsümü üçün LMDh sinifindən olan avtomobilləri hazırlayırlar. Öz növbəsində, LMD h sinifi Daytona Prototype International sinfini əvəz etmək üçün təsis edilib, buna görə də, hiperkarlar həm IMSA WeatherTech SportsCar, həm də FIA WEC çempionatında iştirak edə bilərlər.
autograph.az
Ən etibarsız avtomobillər - SİYAHI
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










