“BMW” elektromobil “M” seriyasının daxildən yanan mühərrikliləri keçəcəyinə inanır - FOTO

Alman avtomobil istehsalçısı olan “BMW”elektrikləşməyə olduqca önəm verən markalar sırasındadır. Avtosfer.az xəbər verir ki, hər il avtomobillərini tamamilə elektromobil modellərə çevirmə yolunda irəliləyən marka, “M” seriyası üçün də bu prosesi tətbiq etməyi düşünür. Markanın son məlumatına, əsasən, 2027-ci ilə qədər satılan “M” seriyası avtomobillərinin 100/50-sindən çoxu tamamilə elektromobil və plug-in-hybrid (şarj oluna bilən hibrid) olacaq.
Daha gələcək illərə getdiyimiz zaman isə təxminlərə görə 2030-cu ildən başlayaraq daxildən yanan “M” seriyalı modellər 100/10 faizini təşkil edəcək. Belə ki, bu məlumatları “BMW M” direktoru Frank van Meel M2 və XM-in iclasında qeyd edib.
Hal-hazırda “BMW”nin tamamilə elektromobil “M” ailəsində “i4 M50” və “iX M60” yer alır və hər iki avtomobil satış bazarında yüksək faiz dərəcəsiylə çıxış edir. Bu ildən başlayaraq bu seriyaya “BMW i7 M70” (G70) və “BMW i5 M60” (G60) qatılacaq.
Qeyd edək ki, şirkətin 2024-cü ildən etibarən istehsal etdiyi avtomobillərin təxmini 100/20-si tamamilə elektromobil olacaq. Bu yolda qərarla addım atan marka 2025-ci ildə hər 4 avtomobilindən 1-i, 2026-cı ildə isə hər 3 avtomobilindən 1-i elektromobil istehsal edəcək. Beləliklə, şirkət qoyduğu investisiya ilə birlikdə elektromobil avtomobillərinin sayını getdikcə artıracaq.
Nərmin Əkbər
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO



















