Brüsseldə avtomobil sərgisi fəaliyyətə başlayır

Postpandemiya dövründə bir neçə illik fasilədən sonra Brüssel Avtosalonu (Brussels Motor Show) yenidən qapılarını ziyarətçilərin üzünə açır.
Avtosfer.az xəbər verir ki, bu gün fəaliyyətə başlayan Brüssel 101-ci avtomobil sərgisini yanvarın 19-dək ziyarətçiləri qarşılayacaq. Sərgidə BMW, Renault (Alpine, Dacia, Mobilize, Renault), Stellantis (Abarth, Alfa Romeo, Citroën, DS, Fiat, Jeep, Lancia, Leapmotor, Opel, Peugeot), Volkswagen (Audi, Bentley, Bugatti, Cupra, Lamborghini, Porsche, Rimac, Seat, Skoda, Volkswagen), BYD, Ford, Honda, Hongqi, Hyundai, Isuzu, Iveco, Kia, KGM, Lexus, Maxus, Mazda, Mercedes, MG, Micro, Omoda, Jaecoo, Smart, Subaru, Suzuki, Toyota, XEV və Xpeng şirkətlərinin iştirakı təsdiqlənib. ABŞ-ın Lucid startapı da ilk dəfə sərgiyə çıxacaq.
Sərgidə iştirak etməyən istehsalçılar da var. Bu sərgidə Volvo (bu marka ümumiyyətlə heç bir avtosərgidə təmsil olunmamaq siyasəti yürüdür), Polestar, Lynk&Co, Lotus və Zeekr Nissan, Aston Martin, Ferrari, Jaguar, Land Rover, Maserati, McLaren və Rolls-Royce bu sərgidə olmayacaq.
Saat 22.00-dək açıq olacaq sərgiyə giriş böyüklər üçün 15 avro, 15 yaşdan aşağı olanlara 10 avro, 10 yaşdan az uşaqlara isə pulsuzdur.
Vüqar
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?












