Bu il hər 10 elektromobildən 6-sı ÇİNDƏ SATILIB

Elektrikli avtomobillər dedikdə ilk ağla gələn ölkələrdən biri də Çindir. İrili-xırdalı çox sayda elektrikli avtomobil markasının olduğu ölkədə satışlar da kifayət qədər yüksəkdir. Son məlumatlara görə, 2023-cü ilin ilk yarısında dünya üzrə 7,22 milyon elektrikli avtomobil satışının 61 faizi Çin bazarında reallaşıb.
Avtosfer.az xəbər verir ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) paylaşdığı məlumatlara görə, 2023-cü ilin yanvar-iyun ayları arasında ölkədə 6,05 milyon yeni elektrikli avtomobil (yenidən doldurulan hibrid və 100% elektrik) satılıb.
Bu, ötən illə müqayisədə 45 faiz artım deməkdir. Hətta təkcə iyun ayında Çində 1,28 milyon yeni elektrikli avtomobil satılıb. Yenə bu baxımdan 43 faiz artım var.
"Tesla" ilin birinci yarısında Çində elektrikli avtomobil bazarının lideridir. 24 faiz bazar payına sahib olan ABŞ istehsalçısını müvafiq olaraq Çin mənşəli istehsalçılar BYD və SAIC izləyir. Xüsusilə BYD elektrikli avtomobil bazarında böyük bir irəliləyiş əldə edib və böyüməyə davam edir. Şirkət bu yaxınlarda elan edib ki, avqustun 9-da 5 milyonuncu avtomobilini istehsal edəcək. (Trend)
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












