Bu ilin 6 ən sərfəli elektrik avtomobili - Pul verməyə dəyər - SİYAHI

Elektrikli nəqliyyat vasitələri bazarı demək olar ki, hər gün böyüyür və yanacaqla işləyən rəqiblərini çox geridə qoyaraq yollarda tam elektrikli nəqliyyat vasitələrinin üstünlük təşkil etməsi yalnız zaman məsələsidir. Lakin, hazırda sürücülərin ehtiyac duyduğu hər şeyi təklif edən əlverişli qiymətə elektrikli avtomobillər tapmaq çətindir. Avtosfer.az Consumer Reports reytinqlərinə əsasən altı əla və əlverişli elektrik avtomobilinin adını açıqlayıb. Ekspertlərin və sahiblərin fikrincə, bunlar öz seqmentlərində ən yaxşı modellər arasındadır. Reytinqə dünyanın hər yerindən istehsalçıların elektrik avtomobilləri daxildir. Bu modellərin bir çox fərqi var, lakin ekspertlərin fikrincə, hamısının ortaq bir cəhəti var: rəqiblərindən daha yaxşı nəticələr göstərirlər.
Ən yaxşı 6 əlverişli elektrikli avtomobil:
• Tesla Model 3
• Ford Mustang Mach-E
• Nissan Ariya
• Chevrolet Equinox EV
• Tesla Model Y
• Hyundai Ioniq 5
Ekspertlər və sürücülər 1980-ci illərin modellərini xatırladan dizaynı və praktik interyeri ilə seçilən Hyundai Ioniq 5-i yüksək qiymətləndiriblər. Standart modelə əlavə olaraq, ümumi gücü 650 at gücünə malik iki elektrik mühərriki ilə təchiz olunmuş və 0-dan 100 km/saat-a cəmi 3,4 saniyəyə sürətlənmə qabiliyyətinə malik Ioniq 5 N adlı performans versiyası da mövcuddur (Lent.az).
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












