Bu marka avtomobil istehsalını dayandırır

“Seat” şirkəti avtomobil istehsalını dayandıracaq.
“Seat”ın daxil olduğu “Volkswagen” qrupunun rəhbəri Tomas Şefer verdiyi müsahibədə tezliklə İspaniya avtomobil markası ilə vidalaşacağını açıqlayıb. Onun sözlərinə görə, mövcud modellərin istismarı başa çatdıqda o, mövcudluğunu dayandıracaq.
“Seat”ın gələcəyi ilə bağlı suala cavab olaraq Tomas Şefer cavab verib ki, onun yerini törəmə şirkəti, Avropanın ən dinamik inkişaf edən avtomobil markası olan “Cupra” tutacaq. “Volkswagen” qrupunun “Cupra” üçün böyük planları var ki, bu da satışların daha da artmasına ciddi investisiyalar deməkdir. Beləliklə, “ Seat” hazırkı modellərini vaxtından əvvəl itirə bilər: 2024-cü il yeniləməsindən sonra “Leon” hetçbeki və universalı tamamilə “Cupra” markasının altına düşə bilər.
"Seat” 1950-ci ildə qurulub və avtomobil istehsalına 1953-cü ildə, orta ölçülü arxa ötürücülü sedan olan 1400-ün ilk nüsxəsi konveyerdən çıxanda başlayıb. 1986-cı ildə İspaniya hökuməti markanı Almaniyanın “Volkswagen” qrup konserninə satıb.(lent.az)

"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












