“Bugatti” eksklüziv skuterini təqdim etdi

“Bugatti” elektirk skuterini təqdim edib.
Bu, əfsanəvi markanın ən ucuz nəqliyyat vasitəsidir.
Skuter ABŞ-ın “Bytech International” şirkəti tərəfindən xüsusi olaraq fransız hiperkar istehsalçısı üçün yaradılıb.
Çəkisi 16 kiloqram olan qatlanan skuter maqnezium ərintisindən hazırlanıb ki, bu da ona 109 kiloqramlıq yükə tab gətirməyə imkan verir.
9 düymlük pnevmatik təkərlərlə, 700 voltluq elektrik batareya ilə təchiz edilmiş skuter saatda demək olar ki, 30 kilometr sürət yığa bilir və 10 amper-saatlıq akkumulyator sayəsində 40 kilometrə qədər yol qət edir.
Onun üç sürmə rejimi var - ekonom, şəhər və idman. İki təkərli “Bugatti” gümüşü, qara və mavi rənglərdə istehsal olunub.
Skuterdə LED optika - faralar və işıqlar - və hətta istiqamət göstəriciləri var.
Bundan əlavə, sürət, yürüş, mühərrikin iş rejimi, enerji ehtiyatı və işıqlandırma avadanlığını əks etdirən rəqəmsal cihazlar paneli də mövcuddur.
Skuterin qiyməti 1200 dollardır
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












