"Cadillac Escalade" modelinin ilk nüsxəsi yarım milyon dollara satılıb

İlk "bərkgedən" Cadillac Escalade-V ofrouderi Lamborghini Urus krossoverindən iki dəfə baha qiymətə satılıb. Barrett-Jackson hərracının qalibi "001" VIN nömrəsi olan “bərkgedən” Esclalde-V modeli üçün yarım milyon dollar ödəyib.
Xatırladaq ki, yeni Lamborghini Urus modeli ABŞ-da təxminən 230.000 dollara başa gəlir. Əldə olunan vəsait xeyriyyə işlərinə yönəldiləcək – vəsaiti qaradərili yaradıcıları dəstəkləyən Miçiqan şəhərindəki Pensole Lewis College of Business & Design kollecinə köçürüləcəklər.

Hərraca çıxarılan ilk Cadillac Escalade-V modeli firma qırmızı rənginə boyanıb və maksimum təchizata malikdir. “Bərkgedən” ofrouderin kapotunun altında 691 at qüvvəsi və 885 Nm fırlanma anı hasil edən kompressorlu 6,2-litrlik V8 mühərriki yerləşir. Escalade-V modeli 60 mil/saat (97 km/saat) həddinə 4,4 saniyəyə sürətlənir.
Əslində, Cadillac Escalade-V modelinin ABŞ-dakı satış qiyməti 150 min dollardan başlayır. Odur ki, ofrouderin yeni sahibi “gözəl” identifikasiya nömrəsi üçün, əlavə olaraq, iki belə ofrouderin dəyərini artıqlaması ilə ödəyib.

İlk Cadillac Escalade-V modelinin buraxılışı özünəməxsus şəkildə qeyd olunacaqdır - məşhur idman ayaqqabısı dizayneri D'Ueyn Edvards xüsusi sifarişlə eksklüziv 2023 Escalade-V VIN 001 idman ayaqqabısını hazırlayacaqdır.
Altı ay əvvəl Barrett-Jackson hərracında ilk Chevrolet Corvette Z06 sportkarı satılıb və “001” VIN nömrəsi olan superkar üçün nə az, nə çox, 3,6 milyon dollar ödənilib. Xatırladaq ki, bu məbləğa yeni Bugatti Chiron hiperkarını almaq mümkündür.
autograph.az
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












