"Cadillac" şirkəti yeni "Escalade IQ" modelini təqdim edib
Adından da göründüyü kimi, bu ofrouder Cadillac Escalade modelinin kiçik versiyası deyi, sadəcə olunun elektrik alter eqosudur. IQ prefiksi isə, onun artıq mövcud olan Cadillac Lyriq və Celestiq elektromobilləri ilə ideoloji əlaqəsini vurğulamaq üçündür.
Tərtibatçılar yeni modeli Escalade modelinin tarixdəki ekoloji cəhətdən ən təmiz, drayver və manevrli versiyası kimi təsvir edirlər. Bununla belə, bu elektromobilin adından başqa benzin mühərrikli klassik Escalade ilə demək olar ki, heç bir ortaq cəhəti yoxdur.
Texniki cəhətdən Cadillac Escalade IQ GMC Hummer EV modelinin ən yaxın qohumudur. Hər iki model çərçivəsi olmayan Ultium platformasına əsaslanır: əsas daşıyıcı element kimi, oxları arasında yerləşən dartma batareyasının çərçivəsi çıxış edir. Bu çərçivənin ön və arxa tərəfinə güclü alt çərçivələr və müstəqil asqılar bağlanır.
Ölçü baxımından Escalade nəinki adi Escalade ofrouderindən, hətta Hummer pikapından belə böyükdür, yalnız uzun təkər bazası olan Escalade ESV modelindən bir qədər geri qalır. Escalade IQ modelinin uzunluğu 5697 millimetr (ESV yalnız 69 millimetr uzundur), eni (qatlanmış güzgü gövdələri ilə) - 2167 millimetr (ESV ilə müqayisədə + 108 millimetr), hündürlüyü isə 1934 millimetr (ESV versiyasından simvolik 3 millimetr qısa) təşkil edir.
IQ versiyasının təkər bazası 3460 millimetrdir, halbuki avtobusa bənzər Cadillac Escalade ESV ofrouderində bu göstərici 3407 millimetrdir.
Elektromobil optimallaşdırılmış aerodinamikaya malikdir: Cadillac şirkəti Cx əmsalını açıqlamır, lakin onun adi Escalade modeli ilə müqayisədə 15% az olduğunu iddia edir. Elektrokarın standart təchizatına 24 düymlük təkər diskləri və şüşə dam daxildir (lakin lyuk yoxdur).
Luxury (kuzovdakı xrom dekor ilə) və ya Sport (qara dekor ilə) tərtibatları arasında seçim etmək olar. Bütün qapıların elektrik ötürməsi əlavə ödəniş qarşılığında quraşdırılır. Cibində açar olan avtomobil sahibinin yaxınlaşmasını halında sürücü qapısının kilidinin avtomatik açılması funksiyasını da aktivləşdirmək mümkündür.
Escalade IQ modeli üç oturacaq cərgəsinə və yeddi oturacağa malikdir. Baqaj bölümünün həcmi 670 litrdir (amerikan EPA metodologiyasına əsasən). Üçüncü sıranın qatlanması halında baqaj bölməsinin həcmi 1958 litrə, ikinci sıra qatlandıqda isə, 3374 litrə çatır. Bundan əlavə, eTrunk– 345 litrlik ön baqaj da var.
Cadillac Escalade IQ modelinin 55 düymlük ekrana, yəni ön panelin demək olar ki, bütün eni boyu uzanan displeyə malikdir, lakin reallıqda bu panel bənd ilə ayrılmış iki ekrandan ibarətdir. Üstəlik, mərkəzi konsolun yerində sensorlu panel, sürücünün qarşısında isə proyeksiya displeyi var. Media sistemində Linux əməliyyat sisteminə əsaslanan yeni Ultifi “qabığı” var. Ön kamera gecə görmə sistemi ilə tamamlanıb.
Avadanlıq siyahısı kifayət qədər genişdir - beş zonalı iqlimə nəzarət sistemi, dəri üzlüklər, elektriklə tənzimlənən ön oturacaqlar və sairə var. Ayrıca rahatlığı artırılmış salonu sifariş etmək olar: bunlar ikinci cərgədə vibrasiya masajı olan ayrıca kreslolar, qatlanan masalar (onlar mərkəzi qutuda gizlədilir), media sisteminin HDMI konnektorları olan fərdi ekranları, həmçinin 40 dinamikə malik olan (bazada 19) qabaqcıl AKG Studio Reference audio sistemidir.
GMC Hummer EV üçə qədər elektrik mühərriki təchiz edilsə də, Cadillac Escalade IQ iki mühərriklidir. Ön və arxa mühərriklər əsas cütlüyün fərqli nisbətlərinə malikdirlər (13,26:1 ön və 11,63:1 arxa). Standart hərəkət rejimində onların ümumi gücü 687 at qüvvəsinə və 834 Nm çatır, lakin ən ekstremal Velocity Max preseti aktivləşdirildikdə, mühərriklər qısa müddət ərzində 761 at qüvvəsi və 1064 Nm hasil edəcəklər. Bu halda, 60 mil/saat (97 km / saat) həddinə sürətlənmə müddəti beş saniyə olacaq. Escalade IQ 3,6 tona qədər çəkisi olan qoşqunu yedəyə ala bilər.
200 kilovat/saatlıq litium-ion dartma batareyası 24 blokdan ibarətdir və istilik nasosu olan termotənzimləmə sisteminə malikdir. Dolu batareya ilə iddia olunan yürüş məsafəsi 450 mil (724 kilometr) təşkil edir. Dəyişən cərəyanlı şarj cihazının gücü 19,2 kilovata qədərdir, 800 voltluq daimi cərəyanlı stansiyalara da qoşulmaq olar. Cadillac öz akkumulyatorundan digər cihazları və elektrik nəqliyyat vasitələrini doldura, eləcə də evi elektrik enerjisi ilə təmin edə bilər.
Escalade IQ modeli Magnetic Ride 4.0 adaptiv amortizatorları olan pnevmatik asqıya malikdir. Standart vəziyyətdə klirens 175 millimetrdir, lakin onu 200 millimetrə qədər artırmaq və ya 125 millimetrə qədər endirmək olar. Üstəlik, aşağı mövqe təkcə parkinq üçün deyil: ayrıca Low Ride rejimi aşağı sürətlə belə klirenslə getməyə imkan verir.
Nəhayət, standart avadanlığa tam idarə olunan şassi daxildir. IQ modeli Hammer ofrouderindən hətta CrabWalk rejimini də alıb, lakin o, Cadillac Arrival Mode adlanır. Bu zaman dörd təkərin hamısı eyni istiqamətə dönür və aşağı sürətdə ofrouder xərçəng kimi "diaqonal" üzrə hərəkət edir.
Asfalt yollarda hərəkət üçün isə, avtomatik zolaq dəyişdirmə funksiyasına malik olan Super Cruise avtopilotu nəzərdə tutulub: o, yalnız ABŞ və Kanadada işləyə bilər. Bu ölkələrdə 640 min kilometrdən çox müxtəlif yollar nəzərdə tutulub.
Cadillac Escalade IQ modeli Hummer ofrouderlərinin istehsal olunduğu Detroytdəki Factory Zero zavodunda istehsal olunacaq. Lakin satışların başlanması yalnız 2024-cü ilin sonuna planlaşdırılır. Bununla belə, qiymətlər artıq açıqlanıb: baza versiyası üçün 130 min dollar, maksimum avadanlığı olan avtomobil üçün minimum 175 min dollar tələb olunur. ABŞ-da adi Escalade modelinin qiyməti 81 - 160 min dollar arasındadır.
autograph