“Camaro”ya əlvida: İstehsalı 2024-cü ildə başa çatır - FOTO

“Camaro” Amerika avtomobil sənayesinin ən simvolik və altıncı nəsli ilə uzun müddətdir istehsal olunan modellərindən biridir. Avtosfer.az xəbər verir ki, “Camaro”nun istehsalı 2024-cü il üçün sonlanma qərarını alıb.
Əslində uzun müddətdir avtomobil sənayesində “Camaro”nun istehsalının bitəcəyiylə bağlı şayiələr var olsa da artıq bu fikirlər rəsmi olaraq təsdiqini tapdı. Belə ki, altıncı “Camaro” ilə birlikdə avtomobilin istehsalı sonlanacaq. Bu isə, əlbəttə, “Camaro”nun simvolik sport avtomobilinin sonsuza qədər istehsal olunmayacağı mənasına gəlmir. “Camaro”nu fərqli formada gələcək illərdə təkrar görə bilərik.
“Chevrolet”in Qlobal rəhbər köməkçisi olan Scott Bell “Camaro” ilə bağlı bu ifadələri qeyd etdi: “ ”Camaro”ya vida edərkən onu sevərlərə, montaj xəttindəki işçi heyətinə və yarışmaya qarşı tutqulu olan insanlara minnətdarlığımızı bildiririk. Hal-hazırda “Camaro”nun xələfiylə bağlı ictimaiyyətə hər hansı bir məlumat verilməsə də avtomobilin hekayəsinin sonu deyil.”
Qeyd edək ki, üzümüzə gələn ildən başlayaraq son dəfə Collector’s Edition özəl veriyası ilə satışa çıxarılacaq altıncı nəsil “Camaro” uzun illərdir istehsalını davam etdirirdi. Bəzi məlumatlara görə, General Motors, “Camaro” və “Escalade” kimi modelləri “Chevrolet Cadillac”ın alt markaları kimi təqdim etməyə hazırlaşır.
Nərmin Əkbər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır












