Çin avtomobillərinin Avropaya ayaq açmasına nə mane olur?

Çinin dünyada ən böyük avtomobil istehsalçısı olduğu hər əsə məlumdur. Bu ölkə həm də çoxsaylı elektromobil modelləri ilə seçilir. Bununla belə, çinli istehsalçıların bir arzusu hələ də ürəklərində qalır: Avropanı “fəth etmək”.
Avtosfer.az xəbər verir ki, Avropada satılan elektromobillərin cəmi 8%-i Çin istehsalıdır. Proqnozlar 2025-ci ilədək bu ölkədə cəmi 11 Çin modelinin satılacağını göstərir. Bəs çinlilərin Avropa bazarına ayaq açmasını tormozlayan nədir?
Çinli ekspertlərin və avtomobil istehsalçılarının fikrincə, konkret hədəf olmadan bütün dünyaya yayılmaq planı nəticəsində zavodlar ciddi şəkildə yüklənib. Amma bu yolla məqsədə nail olmaq mümkün deyil. Avropaya ayaq açmaq üçün ilk növbədə avropalıların zövq və tələblərinə uyğun texnika istehsal eidlməlidir. Asiyalı istehsalçılar arasında bunu ilk başa düşən toyota olduğu üçün onun hansısa yeni modelini qərbdə satmaqla bağlı problemi yoxdur. Amma Çinin ən böyük istehsalçısı olan BYD almanların cəmi 14%-i tərəfindən tanınır.
Digər məsələ isə Avropada kraş testlərdən keçərək sertifikasiya əldə etməkdir. Artıq GAC bu məqsədlə Milanda dizayn bürosu açıb. Məqsəd prosedurları asanlaşdırmaqdır.
Ən maraqlısı budur ki, Avropa bazarı ilə bağlı vəziyyət çinli istehsalçıları ənənəvi ucuz və kütləvi istehsal təfəkküründən uzaqlaşmağa vadar edir. Statistika göstərir ki, bir Çin elektromobilinin orta qiyməti 32 000 avro olduğu halda, Avropa modelində 56 mindir. Lakin ikincilər bütün düynada daha çox satılır.
Vüqar
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










