Çin elektromobilləri ilə bağlı daha bir yoxlama

Çin istehsalı olan elektromobillər dünyanın əksər ölkələrinə uğurla ixrac edilir. Lakin çinli istehsalçıların əsas hədəfi Avropa bazarı olaraq qalır.
Avtosfer.az-ın xəbərinə görə, bu hədəfə nail olmaqsa elə də asan deyil. Çində 50-dək elektromobil istehsalçısı olsa da, Avropaya məhsul ixrac edən şirkətlərin sayı beşi keçmir. Avropalılar bir çox kriteriyaya görə Çin modellərini bəyənməsələr də, qiymət faktoruna görə bu maşınları seçirlər. Hökumətin qeyri-rəsmi dəstəyi sayəsində Çində maya dəyəri ucuz maşınlar istehsal edilir. Rəsmi olaraq hökumət istehsalçılara subsidiyaları dayandırsa da, regionlar istehsalçıları cəlb etmək üçün onlara bu və ya digər formada kömək gəstərir.
İndiyədək Çin maşınlarının Avropa bazarına ayaq açmasına təhlükəsizlik və ekoloji standartlar, kraş testlər və maral testləri mane olurdu. İndi bura siyasi və iqtisadi tələblər də əlavə edilib. Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa parlamentindəki son çıxışında dilə gətirib: “Misal olaraq elektromobil sektorunu götürək. Bu, Avropada böyük potensiala malik təmiz iqtisadiyyat üçün mühüm sənayedir. Lakin qlobal bazarlar indi daha ucuz Çin elektrik avtomobilləri ilə doludur. Və onların qiymətləri böyük dövlət subsidiyaları ilə süni şəkildə aşağı saxlanılır. Beləliklə, mən bu gün elan edə bilərəm ki, Komissiya Çindən gələn elektrik avtomobilləri ilə bağlı anti-subsidiya araşdırmasına başlayır”.
Bu gündən start götürən yoxlama 13 ay davam edəcək. Subsidiya alan istehsalçıların maşınlarına əlavə rüsum tətbiq ediləcək.
Vüqar
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










