Çin "Tesla"nı böyük endirimlərdən imtina etməyə çağırdı

Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla" Çin bazarında böyük endirimlər təklif edir. Bu, baş verənləri qiymət müharibəsi kimi qiymətləndirən yerli şirkətləri ciddi narahat edir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirib ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyası (CAAM) rəqibini aqressiv satış siyasətindən əl çəkməyə çağırıb. Assosiasiyanın fikrincə, endirimlər satışın azalması və ehtiyatların yığılması probleminin uzunmüddətli həlli olmayacaq. Təşkilat bildirib ki, sənaye sağlam inkişafını təmin etmək üçün normal fəaliyyətə qayıtmalıdır.
2022-ci ilin oktyabrında İlon Maskın şirkəti Şanxaydakı fabrikdə istehsal olunan bir sıra modellərin qiymətlərini aşağı salıb. 2023-cü ilin yanvarında daha bir endirim dalğası vəziyyəti daha da gərginləşdirib. Nəticədə Çin istehsalı olan "Tesla" avtomobilləri keçən illə müqayisədə 14 faiz, ABŞ və Avropa ilə müqayisədə isə təxminən 50 faiz ucuzlaşıb.
Qərarlar "Xpeng" və "Nio" kimi yerli elektrik avtomobil istehsalçılarını, o cümlədən "Volkswagen" və "Mercedes-Benz" kimi aparıcı beynəlxalq markaları müştərilərə 70.000 yuana (10.000 ABŞ dolları) qədər endirimlər təklif etməyə məcbur edib. "Ford"un "Mach-E" elektrik yolsuzluq avtomobilinin başlanğıc qiyməti 209,9 min yuana düşüb ki, bu da ABŞ-dan demək olar ki, üçdə bir ucuzdur. "Bloomberg" in yazdığına görə, ən azı 30 digər avtomobil istehsalçısı qiymətləri aşağı salıb.
Qiymət endirimləri dünyanın ən böyük avtomobil bazarı üçün çətin vaxta təsadüf edir. Çində istehlak xərcləri COVID-19 ilə mübarizə ilə bağlı uzunmüddətli məhdudiyyətlər səbəbindən kəskin şəkildə azalıb. 2022-ci ilin sonunda elektrikli avtomobillərin alınması üçün dövlət subsidiyalarının ləğvi, eləcə də tədarük zəncirlərindəki fasilələr də satışlara təsir edib.
Publika.az
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı










