Reklam

"Dacia" avtomobilləri yeni loqotipi və sürət məhdudlaşdırıcısını alıblar - FOTO

Avtodünya 17 İyun 2022 17:44 Oxunub 1166
"Dacia" avtomobilləri yeni loqotipi və sürət məhdudlaşdırıcısını alıblar   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir il bundan əvvəl Dacia şirkəti rebrendinə başladığını elan edib. Əvvəlcə yeni loqotip brendin onlayn platformalarında, sonra çap materiallarında peyda olub, 2022-ci ilin əvvəlində isə, dilerlər mərkəzlərinin tərtibatlarında dəyişiklər baş verib. Yalnız indi növbə avtomobillərə gəlib çatıb. Əvvəlki emblemin əvəzinə bütün modellər stilizə edilmiş D və C hərflərindən ibarət olan loqotipi alıblar. Yaradıcılarının fikrincə, yeni loqotip Dacia avtomobillərinin sadəliyini və etibarlılığını mükəmməl şəkildə əks etdirir.

Rebrendinqdən əvvəl

Loqotip dəyişikliyi ilə eyni vaxtda bütün modellər yeni radiator barmaqlığını da əldə ediblər və bu, hətta ən yeni avtomobillərə belə şamil edilib. Məsələn, yenilənmiş Dacia Duster krossoverinə və bir il əvvəl bazara çıxan Dacia Jogger universalına da yeni barmaqlığı alıblar.Artıq şirkətin bütün modellərində yeni emblemin təbii şəkildə inteqrasiya edildiyi üfüqi zolaqlı radiator barmaqlığı var.

Rebrendinqdən sonra

Yeni loqotip eyni zamanda təkər toplarında da yerləşdirilib, lakin baqajın qapağında və sükan çarxında sadəcə olaraq, yeni korporativ şriftlə yazılmış lakonik “Dacia” yazısı var. Əvvəllər belə həll yalnız Jogger modelində var idi, indi isə digər avtomobillərin nişanlarına da yenidən baxılıb. Bundan əlavə, yeni Lichen Khaki kuzov rənginin peyda olması da rebrendinqlə eyni vaxta düşür.

Rebrendinq edilmiş avtomobillərin satışı oktyabrda - Paris avtosalonundan dərhal sonra çıxarılacaqlar. Ancaq iş bununla bitmir. Eyni zamanda, bütün avtomobillərdə söndürülməyən sürət məhdudlaşdırıcısı peyda olacaqdır: Dacia markası, Renault Qrupunda maksimal sürəti 180 km/saata qədər məhdudlaşdıran ilk şirkət olacaqddır (bu qərar keçən il qəbul edilib).

Qeyd etmək gərəkdir ki, hər bir Dacia, prinsipcə, belə sürəti yığa bilmir. Hazırda yalnız Duster krossoverinin turbomühərrikli top versiyaları 190-200 km/saat həddinə qədər sürətlənə bilərlər, Logan/Sandero/Jogger ailəsinin “tavanı” isə, 183 km/saatdan çox deyil.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh