Dubayda işlənmiş avtomobil alan sürücünü nə gözləyir? - FOTO

Bu gün Azərbaycanın ikinci əl avtomobil bazarı heç vaxt olmadığı qədər rəngarəngdir desək yanılmarıq. Ölkəmizdə Afrika istisna olmaqla bütün qitələrdən gəlmiş ikinci əl avtomobil tapmaq mümkündür. əslində yaxşı hal olmasa da, reallıqdır.
Bu günlərdə BƏƏ-də qısamüddətli səfərdə olduğum üçün məsələyə qayıtmağı özümə borc bildim. Ölkəmizdə BƏƏ-də istismar edilmiş çox sayda avtomobil ikinci həyat yaşayır. Belə bir avtomobili əldə edərkən ilk olaraq bu suala cavab vermək lazımdır: BƏƏ-də istismar rejimi necədir?
İlk olaraq ondan başlayaq ki, BƏƏ-də temperatur və rütuibət yüksəkdir, havada oksigen azdır. Rütubətli hava isə mühərrikin, xüsusən də dizel mühərrikinin ömrünü qısaldır. Lakin insafən deyək ki, burada yanacağın keyfiyyəti yüksək olduğundan maşınlardan boğucu iy çıxmır. Bu qədər rütubətə rəğmən avtomobillərin səsboğanında his yoxdur. Amma...
BƏƏ-də insanların həyatının ayrılmaz hissəsi kondisionerdir. İstər evdə və işdə, istərsə də maşında. əhali avtomobildən 10-15 dəqiqəlik düşdükdə belə sərinlik qalsın deyə kondisioneri söndürmür. Saatlarla yerində aşağı dövrdə işləmək isə müasir mühərriklərin obrazlı desək evini yıxır.
Belə rütubətli yerdə 2-3 il işləyən avtomobilin resursu tam tükənir. İlk baxışdan təzə görünən maşın Bakıda bir neçə həftə istismardan sonra bütün qüsurlar üzə çıxır. Bunun da cəzasını nə yazıq ki, ikinci əl avtomobil alan həmvətənlərim çəkir.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı














