Elektrik şüşəqaldıran: yenilik, yoxsa 40-cı illərin texnolgiyası? - FOTO

Bu gün müasir avtomobillərin ayrılmaz təchizatlarından biri də elektrikli şüşəqaldıranlardır.
Avtosfer.az xəbər verir ki, son 10 ildə bu mexanizm opsiya olmaqdan çıxaraq bütün standart modellərdə təqdim edilir. Azərbaycan vətəndaşları bu sistemlə Koyea və Yaponiya istehsalı olan avtomobillərin ölkəmizə kütləvi gəlməsi ilə tanış oldular. Sovet avtomobillərində bu detal istisna edilirdi.
Müstəqilliyin ilk illərində Avropadan idxal edilmiş ikinci əl maşınlarda da buna az hallarda rast gəlinirdi.
Əslində, elektrik şüşəqaldıranın tarixi 30-cu illərin sonuna gedib çıxır. “Packard” şirkəti 1941-ci ildə həyata vəsiqə alan lüks “Custom Super Eight 180 Touring Sedan” modelinə şüşəqaldıran sistem quraşdırır. Əslində bunu tam elektrikli hesab etmək olmaz. Qapının içində yerləşdirilən elektrik mühərriki hidravlik nasosu işə salır, o da öz növbəsində şüşəni qaldırırdı.
Lakin sistem sürücülərin çox da rəğbətini qazanmadı. Səbəb hidravlikanın etibarsız işi idi: ya yağ axır, ya da nasos sıradan çıxırdı. Lakin texnologiya yerində dayanmırdı.
1951-ci ildə “Chrysler”in “Imperial” modelində tarixdə ilk dəfə tam elektrikli şüşəqaldıran mexanizmlər tətbiq edildi. Elektrik mühərriki daha uzunömürlü və etibarlı olduğu üçün terzliklə alıcıların marağına səbəb oldu.
Bu gün də elektrikli şüşəqaldıran müasir avtomobillərin ayrılmaz tərkib hissəsidir.
Vüqar



"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?












