Elektromobil sahibləri benzin mühərrikə qayıdır

Dünyada elektromobilə keçid böyük sürətlə getsə də, əks proses də müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, S&P Global Mobility reytinq agentliyinin keçirdiyi sorğu göstərir ki, dünyada elektromobil alıb peşiman olanların sayı da kifayət qədər çoxdur. Rəy sorğusu zamanı elektromobil sürücülərinin əksəriyyəti təkrarən bu tip texnika almayacaqlarını bildiriblər. hətta bir çox sürücü elektromobili bir neçə ay istismar etdikdən sonra yenidən benzin mühərrikli avtomobilə qayıdıb.
Lakin münasibət markaya görə də dəyişir. “Ford Mustang” sahiblərinin cəmi 37%-i təkrar elektrik mühərrikli avtomobil alacağını deyir. Bu göstərici “Porsche”də 36,8%, BMW-də 45,9%, “Audi”də 50,1%, “Mercedes”də 56,6%, “Jaguar”da 56,0%-dir.
Ən yüksək göstərici Teslada qeydə alınıb – 76%.
Analitiklər elektromobilə marağın azalmasının əsas səbəbi olaraq gediş ehtiyatının azlığı və doldurma şəbəkələrinin zəif inkişaf etməsini göstərirlər.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












