Reklam

Ən güclü "Porsche Cayenne" yenilənib və 739 at qüvvəsinə sahib olub

Avtodünya 30 Avqust 2023 18:00 Oxunub 628
Ən güclü "Porsche Cayenne" yenilənib və 739 at qüvvəsinə sahib olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Porsche Cayenne krossoveri keçən ilin yazında planlaşdırılan təkmilləşdirmədən keçib. Ancaq o zaman alman istehsalçısı adət-ənənəni pozmayıb və geniş Cayenne ailəsinin yalnız bir hissəsini nümayiş etdirib. Ən güclü versiyanın yenilənməsi isə, indi baş tutub.

Əgər əvvəllər belə krossover Porsche Cayenne Turbo S E-Hybrid adlanırdısa və onun arsenalında 680 at qüvvəsi və 900 Nm var idisə, indi top versiyanın adı bir qədər qısaldılıb - Porsche Cayenne Turbo E-Hybrid. Sürprizsiz də ötüşməyib – yenilənmiş “bərkgedən” krossover əvvəlkindən daha da güclü olub!

Hibrid sistemin konsepsiyası dəyişməyib. 4,0-litrlik V8 biturbo mühərrikinin gücü 550-dən 599 at qüvvəsinə qədər artırılıb, lakin belə güc onun üçün son hədd deyil: xatırladaq ki, Turbo GT qeyri-hibrid versiyasında bu mühərrik 660 at qüvvəsi hasil edir.

Səkkiz pilləli avtomatik transmissiyaya quraşdırılmış yeni elektrik mühərriki 176 at qüvvəsinə (əvvəlki modeldə 136 at qüvvəsi). Nəticədə, hibrid güc qurğusunun maksimal hasilatə 739 at qüvvəsi və 950 Nm çatır!

Dartma akkumulyatorunun tutumu da 14,1-dən 25,9 kilovat-saata qədər artırılıb. Bu, elektrik rejimində qət edilən məsafəni 40-43-dən 70-73 kilometrə qədər artırmağa imkan verib. Eyni zamanda, avtomobilin kütləsi 2,5 tonu keçib.

Buna baxmayaraq, avtomobilin dinamik xüsusiyyətləri bir qədər yaxşılaşıb: hibridin 100 km/saat həddinə sürətlənmə müddəti 3,8-dən 3,7 saniyəyə endirilib. Maksimal sürət isə dəyişməyib - 295 km/saat.

Porsche Cayenne Turbo E-Hybrid standart olaraq iki kameralı dayaqları olan pnevmatik asqı və elektron idarələnən PTV Plus arxa differensialı ilə təchiz olunur. Lakin PDCC sisteminin aktiv köndələn stabilizatorları və tam idarə olunan şassi də əvvəlki kimi opsiyalar siyahısındadır.

Turbo versiyasının vizual əlamətləri – gündüz hərəkət işıqlarının ikiqat bıçaqları və böyüdülmüş ön hava girişləri, - restaylinqdən sonra belə öz yerlərini qoruyublar.

Yenilənmiş superhibrid həm standart kuzovda, həm də Coupe versiyasında təklif olunur. Özü də, yalnız Cayenne Turbo E-Hybrid Coupe versiyası üçün indi GT Package dəstini sifariş etmək olar.

Dəstin tərkibinə Cayenne Turbo GT modelinin hibrid olmayan versiyasından götürülmüş bir sıra elementlər daxildir. Xüsusilə, hündürlüyü 10 millimetr azaldılmış klirensi olan şassini, ön təkərlərin dəyişdirilmiş quraşdırılma bucaqlarını (bucaq  mənfi 0,58 dərəcəyə çatır) və idman tənzimləmələrini qeyd etmək lazımdır.

GT Package dəstinə həmçinin buraxılış sisteminin arxa bamperin mərkəzində yerləşən iki çıxış borusu, karbon-keramik əyləc mexanizmləri, karbondan dam, 22-düymlük təkər diskləri və bir sıra əlavə aerodinamik elementlər daxildir. Belə Cayenne krossoveri 100 km/saata 3,6 saniyəyə sürətlənir, onun maksimal sürət isə 305 km/saata çatır.

Ancaq GT Package dəsti ilə təchiz edilmiş hibridləri yalnız ekoloji tələblərə görə "əsl" Cayenne Turbo GT modelinin satılmadığı ölkələrdə sifariş etmək olar:belə bazarlara misal kimi, bütün Avropa, Yaponiya, Honq Konq, Tayvan və Sinqapuru göstərmək olar.

Yenilənmiş Porsche Cayenne Turbo E-Hybrid modelinə sifarişlər artıq qəbul edilir. Almaniyada adi krossover üçün minimum 176 min, Coupe versiyası üçün isə 180 000 avro tələb olunur.

GT Package dəsti olan krossover üçün isə minimum 208,5 min avro tələb edirlər. Yeri gəlmişkən, yenilənmiş modifikasiya çeşidində Cayenne Turbo versiyası da hələlik təmsil olunmayıb.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh