Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10

İşlənmiş avtomobillər yeni modellərlə müqayisədə daha ucuzdur, buna görə də sürücülər tez-tez məhz işlənmiş avtomobilləri seçirlər. Lakin yürüşlü avtomobil seçimi heç də asan məsələ deyil. Xüsusilə də ucuz model tapmaq çətindir. Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, "WhatCar?" nəşrində 10 ən yaxşı ucuz yürüşlü avtomobilin adı açıqlanıb. Ekspertlərin bildirdiyinə görə, bu modellərin hamısını Böyük Britaniyanın ikinci əl bazarında 10 min funt-sterlinqdən (təxminən 13 405 ABŞ dolları) ucuz qiymətə almaq mümkündür.
Ucuz işlənmiş avtomobillərin TOP-10 siyahısı:
1. "Ford Fiesta"
2. "Volkswagen Polo"
3. "Skoda Kamiq"
4. "Hyundai i10"
5. "Ford Puma"
6. "Ford Focus"
7. "Skoda Karoq"
8. "Dacia Duster"
9. "Volkswagen Passat Estate"
10. "Audi TT"
Ekspertlər ən yaxşı ucuz yürüşlü avtomobil kimi "Ford Fiesta" hetçbekini seçiblər. Onlar vurğulayıblar ki, bu model bütün rəqiblərini üstələyir.
Nəşrdə "Ford Fiesta"nın idarəolunması yüksək qiymətləndirilib və qeyd olunub ki, bu hetçbek dolama yollarda hərəkət zamanı özünü əla göstərir. Həmçinin ekspertlər bildiriblər ki, model kifayət qədər komfortlu asqı sisteminə malikdir.
Bundan əlavə, nəşr yazır ki, "Ford Fiesta" müasir texnologiyalarla zəngin təchizat təklif edir. Bununla yanaşı, ekspertlər modelin bir neçə çatışmazlığını da qeyd ediblər. Bunlara rəqiblərlə müqayisədə kiçik baqaj həcmi, interyerdə ucuz plastik materiallar və zəif gücə malik baza mühərrikləri daxildir.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












