"Exeed" subbrendi "Exlantix ET" krossoverini nümayiş etdirib

Chery şirkətinə məxsus olan Exeed subbrendi Çenqdu avtosalonunda yeni elektrik krossoverinin seriyaöncəsi versiyasını nümayiş etdirilib. Daxili bazarda Sterra ET adını almış elektromobil ixracat bazarlarında Exlantix brendi altında satılacaqdır. Yeni krossoverin seçilən cəhətləri arasında oval formalı çoxfunksiyalı sükan, praktiki olaraq heç bir analoq düymələri olmayan minimalist interyer və havalandırılan və elektriklə tənizmlənən çoxbölməli oturacaqlar var.
Exlantix ET modelinin ölçüləri dəqiq səsləndirilməyib: söhbət təxminən uzunluğu beş metr, eni isə iki metr olan "batareyalı" Exeed VX modelinin “sinif yoldaşından” gedir. Yeni krossover E0X skeytbord platformasını Sterra ES premium sedanı ilə bölüşəcək. Arxitektiranın maraqlı xüsusiyyətlərindən biri adaptiv pnevmatik asqıdır.
Spesifikasiyalar təsdiqlənməyib, bununla belə, Exlantix ET modelinin 60, 82 və 100 kilovat-saatlıq üç batareya variantı ilə satışa çıxarılacağı gözlənilir. Yürüş ehtiyatı WLTC dövrünə əsasən 500 - 700 kilometr arasında olmalıdır. Sürətli terminallar vasitəsi ilə 5 dəqiqə ərzində 150 kilometrlik yürüş məsafəsini bərpa etmək mümkündür. Çox güman ki, krossoverin 252 at qüvvəsindən başyan gücü olan arxa və tam ötürməli versiyaları da təklif ediləcəkdir.
Bütün Exlantix modelləri ikimərtəbəli “piksel” optikasını, habelə qabaqcıl avtopilot üçün aparat və proqram təminatını alacaqlar. Kuzovun eni boyunca uzanan gündüz hərəkət işıqlar, “gizli” tutacaqları olan çərçivəsiz qapılar Exeed elektrik subbrendi mütləq atributlarıdır.
autogaph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










