"Ferrari 812 Competizione" superkarı qızıl örtüklü buraxılış sistemini alıb

Dəbdəbəli və ultramüasir avtomobillərin incə tənzimlənməsi üzrə ixtisaslaşmış alman Novitec tüninq atelyesi məhdud tirajlı Ferrari 812 Competizione superkarı üçün tüninq proqramını hazırlayıb.
Xatırladaq ki, bu superkar italyan markasının tarixindəki ən güclü qeyri-hibrid mühərriki ilə təchiz edilmiş avtomobilidir. Lakin bu, bəzi superkar sahiblərini qane etməyə bilər, odur ki, alman atelyesinin mütəxəssisləri hər zaman köməyə gəlməyə hazırdırlar.
Məlum olduğu kimi, Ferrari şirkəti kupe kuzovuna malik olan 999 ədəd 812 Competizione versiyasını və tarqa kuzovuna malik olan 599 ədəd 812 Competizione A versiyasını istehsal etməyi planlaşdırır.
Öz növbəsində, Novitec atelyesi italyan superkarına, optimal istilik izolyasiyasınə təmin etmək üçün 999 ayarlı qızılla örtülmüş paslanmayan poladdan və ya inkoneldən hazırlanmış xüsusi buraxılış sistemini quraşdırmağı təklif edir.
Hər bir variant üçün çıxış borusunun iki variantda tərtibatı mövcuddur - karbon və ya qızıldan. Belə bir buraxılış sistemi 6,5-litrlik V12 mühərrikinin gücünü 854 at qüvvəsinə (+12 at qüvvəsi) qədər artırmağa imkan verir.
Tüninq ustaları, klirensi 25 millimetr azaldan idman yaylarından başqa digər texniki təkmilləşdirmələri təklif etmirlər. Novitec aerodinamik kuzov dəstləri istehsal etmir, lakin avtomobili 22 düymlük Vossen diskləri ilə təchiz edə bilər.
autograph.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












