"Ferrari" brendinin ilk elektrokarı barədə bəzi təfərrüatlar peyda olub

Ferrari elektromobilinin Tesla elektrokarlarından nə ilə fərqlənəcəyi məlum olub. İtalyan şirkətinin rəhbəri Benedetto Vinya “Automotive News” nəşrinə verdiyi müsahibəsində “batareyalı” Ferrari superkarının xüsusiyyətlərindən danışıb. Top menecerin fikrincə, sıfır emissiyalı Ferrari indiki elektromobillərindən “idarəetmədən əldə edilən kəskin hisslər” ilə fərqlənəcəkdir. Vinya, Tesla kimi funksional avtomobillərin sadəcə A nöqtəsindən B nöqtəsinə getmək üçün nəzərdə tutulduğunu da söyləyib.
Ferrari şirkətinin yeni icraçı direktoru amerikan istehsalçısının haqqını da verib: o, İlon Maskın şirkəti sayəsində avtomobil istehsalçılarının elektromobillərin yaradılması prosesini sürətləndirdiyini bildirib. Vinya həmçinin Tesla şirkətindən öncə “hər şey çox yavaş getdiyini”, Maskın avtomobil sənayesindəki elektrik inqilabının katalizatoru olduğunu söyləyib.
Benedetto Vinya Ferrari elektromobilinin daxili yanma mühərrikli modellər qədər həyəcan verici olacağına söz verib. Top menecer idarəetmə zamanı "kəskin hisslər" yaradan amilləri - uzununa və köndələn sürətlənmələri, səsi, ötürmələrin dəyişməsi anlarını və əyləcləmə effektivliyini – sadalayıb.
Vigna elektrik ötürməsinə keçiddən sonra bütün bunların dəyişməyəcəyini açıq şəkildə bildirib. Birbaşa deyilməsə də belə görünür ki, Maranelloda sintetik səs üzərində işləməyi planlaşdırırlar, habelə ötürmələrin dəyişdirilməsini təqlid edən xüsusi idarəetmə rejimini tətbiq etmək niyyətindədirlər.
Ferrari brendinin ilk elektromobili 2026-cı ildə satışa çıxmalıdır. Bu il təqdimatı gözlənilən yeni məhsulların siyahısı hələlik açıqlanmayıb, lakin artıq dörd modelin çeşidə qoşulacağı bildirilib. Ehtimal edilən yeniliklər arasında Roma kabrioleti və öndə yerləşən V12 mühərriki olan kupenin varisi var.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












