Flex atelyesi "Toyota Land Cruiser" ofrouderlərini “yaşlandırmağı” təklif edir

Yaponiyanın Flex atelyesi Land Cruiser modelini “yaşlandıran” tüninq dəstini hazırlayıb. Dəst J80, J90 (Prado) və J100 kuzovlarında olan ofrouderlər üçündür, təkmilləşdirmələrin səviyyəsi isə, müştərinin istəyindən asılıdır.
Land Cruiser J60 modelinin xarici kuzov panellərini, radiator barmaqlığını və fənərlərini quraşdırmaq, ofrouderi klassik Toyota rənglərinə boyamaq, qədimi təkər disklərini əlavə etmək, sükan çarxını dəyişdirmək, həmçinin interyeri retro üslubunda parçalarla üzləmək olar.

Flex tüninq atelyesinin rəsmi saytında Toyota ofrouderlərini 10-20 il “qocaltmağa” imkan verən konfiqurator var. Təkmilləşdirmələr üçün orijinal Toyota hissələri və xüsusi elementlərdən istifadə olunur.
Bundan başqa, dəyirmi və ya kvadrat fənərləri olan maskanı quraşdırmaq, radiator barmaqlığının rəngi və təkər disklərinin dizaynı ilə eksperimentlər aparmaq və ya klassik amerikan ofrouderlərində olduğu kimi, kuzovun yan tərəflərini “ağac” örtmələr ilə bəzəmək olar.

İnteryerin təkmilləşdirilməsi oturacaqların parça və ya dəri örtüklərinin seçilməsindən, həmçinin standart sükan çarxının klassik üçqollu ağac sükanla əvəz edilməsindən ibaarətdir. Bundan əlavə, Flex atelyesi lift-dəstləri də təklif edir.
Bununla belə, mühərrik və ya çərçivəyə müdaxilələr nəzərdə tutulmayıb. Land Cruiser 80 və 100, eləcə də Land Cruiser Prado 90 ilə yanaşı, Probox universalını və Town Ace minivenini də “qocaltmaq” olar.


Retro üslubunda olan tüninq dəstlərinin qiyməti 2,8 milyon yendən (21,4 min ABŞ dolları) başlayır, lakin tam təkmilləşdirmə iki dəfə baha başa gələ bilər. Bununla belə, Yaponiyada retro üslubda müasir avtomobillərə tələbat artır, bu isə, Renoca layihəsinin müştərisiz qalmayacağından xəbər verir.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










