"Ford" 1,3 milyon avtomobilini geri çağırır

“Ford Motor” avtomobil şirkəti əyləc sistemində yaranan problemə görə ABŞ-da 1 milyon 280 min 726 avtomobilini geri çağıracaq.
Avtosfer.az xəbər verir ki, bu, 2013-2018-ci illərdə istehsal olunmuş "Ford Fusion" və "Lincoln MTZ" model avtomobillərini əhatə edəcək.
Bildirilib ki, əvvəllər geri çağırılan 2015-2018-ci illərdə istehsal olunmuş “Ford Edge” və 2016-cı ildə buraxılan "Lincoln MKX" modellərində aşkar olunan problem SUV-lərin əyləc xarakteristikalarına mane olurdu və eyni problem qeyd olunan sedanlara da təsir edə bilər. Bununla bağlı hazırda şirkət tədbir görməyə başlayıb.
Bu problem "Fusion" və "MKZ" hibridlərinə təsir etməyib. Şirkətin araşdırmalarına görə, yararsız şlanq 3 fevral 2012-ci il və 19 iyul 2017-ci il tarixləri arasında istehsal zamanı istifadə edilib. Bundan sonra istehsal prosesinə daxil edilən yeni material əyləc şlanqının daha uzun müddət istifadə olunacağını göstərir, “Ford" bildirir.
Qeyd olunub ki, aprelin 17-dən etibarən "Ford" avtomobil sahibləri ilə əlaqə saxlamağa başlayacaq. Sahiblərdən avtomobillərini ən yaxın dilerə qaytarmaları xahiş olunacaq, orada əyləc şlanqı pulsuz olaraq dəyişdiriləcək. Artıq bu təmir işlərini öz hesabına görmüş sürücülər xərclədiyi vəsaiti geri qaytarmaq imkanı əldə edəcəklər.
Report
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












