“Ford”: Baydenin yanacaq qənaəti təşəbbüsü bizi 1 milyard dollar ziyana salacaq

Amerikanın avtomobil istehsalçısı ”Ford” ABŞ prezidenti Co Bayden administrasiyasının yanacaq qənaəti standartlarını yüksəltmək təşəbbüsünün təsirini 2027-2032-ci illər arasında 1 milyard dollar məbləğində mümkün cərimələr kimi qiymətləndirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
“Bu, özlüyündə narahatlıq doğurur və Ford üçün əhəmiyyətli iqtisadi problemlər yaradır”, - şirkət rəsmiləri bildirib. Agentlik yazır ki, yeni ekoloji standartlar yolsuzluq avtomobilləri və yük avtomobilləri istehsalçılarına təsir edəcək. Qanun ən çox Ford, General Motors Co. və Stellantis N.V.-yə təsir edəcək.
Co Bayden administrasiyasının təşəbbüsü zərərli emissiyaları azaltmaq və elektrikli avtomobillərə keçidi stimullaşdırmaq üçün nəzərdə tutulub. Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi 2032-ci ilə qədər orta hesabla 58 mpg yanacaq sərfiyyatı təklif edib.
Sentyabrın ortalarında Üç Böyük Amerika avtomobil sənayesinin işçiləri (Ford, General Motors Co. və Stellantis NV) tarixin ən böyük tətillərindən birinə başlayıblar. Tətilçilər maaşların və müavinətlərin artırılmasını tələb edirlər. Buna cavab olaraq şirkətlər bunun biznesi müflis edəcəyini bildirirlər.
Valyuta.az
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












