“Ford”un yeni elektromobil “Explorer EV” modeli təqdim olundu - FOTO

“Ford”un Avropadakı elektromobil mərhələsi sürətlə davam edir. Markanın proyektlərinin ən yenisi olan “Explorer EV” də bu yolda rəsmi olaraq tanıdıldı.
Avtosfer.az xəbər verir ki, model Amerika torpaqlarında uzun müddətdir var olan “Explorer” ailəsinin ənənələrini davam etdirəcək.
Çox məlumat verilməsə də, şirkət heyətinin bildirdiklərinə görə model ciddi bir kütləyə xitab edəcək. Bu səbəbdən də modelin qiymətinin 45 000 avro ətrafında olacağı qeyd edilir.
“Explorer”i tanıyan “Ford” sevərlər ilk baxışda modelin də ailəsinə bənzədiyinin şahidi görəcəklər. Digər tərəfdən modelin eyni “F-150 Lightning”də olduğu kimi daha çox modern bir dizayn dili istifadə etdiyini qeyd etmək mümkündür. Belə ki, “L” şəklindəki LED fara dəstləri Explorer adı ilə bəzədilmiş plastik elementlə birləşib. Qapalı olan ön dəmir lövhəyə isə “Ford” loqosu yerləşdirilib.
Altı fərqli rəng seçimi ilə müştərilərə təqdim olunacaq modelin “Volkswagen ID.4” ilə də platform qardaşı olduğunu xüsusi vurğulamaq lazımdır.
Avtomobilin salonuna nəzər saldığımızda isə yenə “F-150 Lightning”in əlamətlərini görə bilərik. Dik formada yerləşdirilmiş planşet məlumat-əyləncə sistemi Ford Sync Move proqram təminatı ilə birlikdə gələcək. 15 qarış böyüklüyündə olan rəqəmsal göstərici paneli isə “Explorer”i pickup qardaşından ayırır. Modelin göstərici paneli eyni vaxtda irəliyə və geriyə quraşdırıla bilən ən yaxşı görmə bucağını təqdim edir.
Modelin qol dayağının altında 17 litrlik bölgə mövcuddur. Belə ki, bu bölgəyə 15 qarış böyüklüyündə ekrana sahib olan notebook belə qoya bilərsiniz. Baqaj həcmi 450 litr olan avtomobilin oturacaqları üfüqi vəziyyətə gətirildikdə 1400 litrlik daşıma həcminə sahib olduğunu da vurğulamaq lazımdır.
Təəssüf ki, “Ford”, avtomobilin texniki detallarını açıqlamaqdan çəkinir. Marka yaxın günlərdə modelin bütün detallarını açıqlayacaq.
Nərmin Əkbər
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı






















