"GAC" markası yeni "ES9" krossoverini nümayiş etdirib

Çində keçirilən Chengdu avtosalonunda GAC Motor şirkəti ES9 krossoverini təqdim edib. Əslində bu ikinci nəsil GS8 modelinin plagin versiyasıdır, lakin Çin istehsalçısı onu ayrıca indekslə işarələmək qərarına gəlib. Hər iki modelin kuzovu və salonu demək olar ki, bir-birinə bənzəyir, amma ES9 krossoveri GS8 modelindən radiator barmaqlığı və təkər diskləri ilə fərqlənir.
Qalan fərqlər isə, tezliklə elektrik üstqurumu olmayan və adi hibrid versiyalarda debüt edəcək Traveller xüsusi versiyasının imtiyazıdır. İnteryerdə də fundamental yeniliklər baş verməyib: salon altı və ya yeddi yerlik konfiqurasiyada ola bilər.
GAC şirkəti hibridin texnikası haqqında məlumat verməyib, lakin dolayı əlamətlərə görə, hibrid qurğu barədə mühakimə yürütmək olar. Böyük ehtimalla, bu sahədə yeni ES9 krossoveri E9 miniveni ilə unifikasiya edlib: bu o deməkdir ki, kapotun altında elektrik mühərriki və 25,6 kilovat-saatlıq dartma batareyası ilə birlikdə işləyən 2,0-litrlik benzin turbomühərriki var.
Sistemin gözlənilən ümumi ghasilatı 373 at qüvvəsi və 630 Nm təşkil etməlidir. Sırf elektrik dartması ilə yürüş məsafəsi təxminən 110 kilometr olacaq, WLTP dövrünə əsasən qarışıq rejimdə yanacaq sərfiyyatı 100 kilometrə 6 litrdən çox olmamalıdır. Adi GAC GS8 krossoveri tam ötürmə ilə təchiz olunsa da, plagin hibrid alternativsiz ön ötürməyə malik olacaq.
Çində GAC ES9 modelinin satışı ilin sonuna qədər başlanmalıdır. Hibrid iki təchizat səviyyəsində təklif ediləcək: adi və yuxarıda qeyd olunan Traveller. Qiymətlər hələlik açıqlanmayıb, lakin yeniliyin 300.000 yuandan (70 min manat) ucuz olacağı təsdiqlənib.
Xatırladaq ki, Toyota HEV tipli hibrid güc qurğusu ilə hərəkətə gələn GAC GS8 modelinin top versiyası 270.000 yuana (63 min manat) başa gəlir.
autograph.az
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










