"Infiniti" yeni nəsil "QX80" modelini təqdim etməyə hazırlaşır

Əgər Infiniti brendi Monograph prefiksini almış konsepti nümayiş etdirirsə, demək, qarşımızda bəzi konseptual “əlavələr” ilə bəzədilmiş gələcək seriya avtomobili durur. Məsələn, altı il əvvəl təqdim edilmiş və bir neçə ay sonra seriya avtomobilə çevrilmiş Infiniti QX80 Monograph konsepti bu qəbildən olub. Ancaq o zaman bu, sadəcə mövcud ofrouderin restylinqi idi. İndi isə, nəhəng Infiniti QX80 modeli tam nəsil dəyişikliyinə hazırlaşır.
Infiniti QX Monograph konsepti dəyişdirilmiş nisbətlərə malik olan yeni kuzova, fərqli şüşələnmə formasına və daha dinamik siluetə malikdirş Bununla belə, ümumilikdə “səksənin” formatı ehmallıca qorunub saxlanılıb. Baş dizayner Alfonso Albaisanın komandası brend kimliyinin daha bir iterasiyasını hazırlayıb: ikimərtəbəli işıq texnikası və A formalı radiator barmaqlığı ilə.
Çoxbölməli ön "qaşlar" və arxa işıqlar piano klaviaturası formasındadır. Ofrouder 24-düymlük təkər disklərini alıb. Monograph həm də iyun ayında təqdim edilən yenilənmiş Infiniti loqotipini almış ilk avtomobildir. Trendin əksinə olaraq, yeni loqo üçölçülü olub: uzaqlaşan yolun effekti mərkəzi “konusun” dərinləşmiş yuxarı hissəsi ilə gücləndirilib, üstəlik, daxili konturun işıqlandırılması əlavə edilib.
Hazırda yaponların bölüşmək istədikləri bunlardır. Konseptin interyeri göstərilməyib, texniki göstəriciləri də açıqlanmayıb. Bütün bu təfərrüatlar seriya avtomobili ilə birlikdə ictimaiyyətə açıqlanacaqdır. Üçüncü nəsil Infiniti QX80 təxminən altı ay ərzində işıq üzü görməlidir. İlkin məlumata görə, V8 atmosfer mühərrikini V6 turbomühərriki əvəzləməlidir.
autograph.az
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










