"Jaguar F-Type" modelinin xüsusi “vida” versiyasını təqdim edib

Jaguar daxili yanma mühərrikli son modeli olan xüsusi F-Type sportkarını təqdim edib. Xüsusi seriyadan olan avtomobillər kupe və kabriolet kuzovlarında təklif ediləcək, habelə xüsusi eksteryer və interyer tərtibatına malik olacaqlar. Britaniya brendi gələn il satışa çıxarılacaq xüsusi versiya vasitəsi ilə ənənəvi yanacaqla işləyən avtomobillərlə vidalaşmaq qərarına gəlib. Britaniya brendinin bütün gələcək modelləri elektrik güc aqreqatları ilə təchiz ediləcəklər.
Vida versiyasını yaradan zaman Jaguar mühəndisləri 1960-cı illərin E-Type yarış avtomobillərindən ilham alıblar. Yeni ZP Edition tünd göy və ya açıq boz rəngə boyanmış kuzovu, qapılardakı ağ dairələr və radiator barmaqlığının oxşar çalarlı haşiyəsi ilə seçilir. Bundan əlavə, idman avtomobillərinin eksteryerində qara dekorativ elementlər var.
İnteryerin tərtibatı üçün şirkət qara rəngin tünd mavi və ya qırmızı çalarlarla birləşməsini təklif edir. Eyni zamanda, mütəxəssislər oturacaqlarda xüsusi üfüqi büzmələrini tətbiq ediblər. Bundan əlavə, hər bir idman avtomobilinə modelin seriyadakı nömrəsini göstərən xatirə lövhəsi yerləşdirilib.
F-Type ZP Edition kapotunun altında 575 at qüvvəsi hasil edən 5,0-litrlik kompressorlu V8 mühərriki var. Mühərrik səkkiz pilləli avtomatik transmissiya ilə birlikdə çalışır. Tam ötürməli idman avtomobili 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 300 km/saatdır. Modelin vida versiyası 2024-cü ildə satışa çıxarılacaq.
autograph.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












