"Lamborghini" ilk elektromobilinin tizerini dərc edib

Şəkildə hələlik adı açıqlanmayan modelin axıntılı damı, şüşələnməsi və yumrulaşdırılmış kapotu əks olunub. Artıq məlum olduğu kimi, adı açıqlanmayan model 2+2 oturacaq düsturuna malik olan möhtəşəm qrand turerdir. Ola bilsin ki, o, 15 yaşlı Estoque konseptinin seriya təcəssümünə çevriləcək və eyni zamanda Revuelto superkarından bəzi cizgiləri, o cümlədən Y-formalı işıq elementlərini götürəcək.
Bəzi məlumatlara görə, elektromobil, 15 ildir ki, seriyaya getməsi gözlənilən konseptual Lamborghini Estoque supersedanının üslubunda dizayna malik olmalıdır. Eyni zamanda, Grand Tourer Revuelto super hibridindən bəzi cizgiləri götürməlidir. Bir müddət bundan əvvəl, Lamborghini şirkətinin baş direktoru Stefan Vinkelmann naməlum superkarın Urus kimi ofroud qabiliyyətinə malik olmayacağını bildirmişdi.
Naməlum superkarın texniki hissəsi haqqında hələlik məlumat yoxdur. Ehtimal olunur ki, yenilik Volkswagen Group qrupu tərəfindən hazırlanan və 1700 at qüvvəli elektrik güc qurğusunun quraşdırılmasını nəzərdə tutan Scalable Systems Platforma və ya SSP arxitekturasına əsaslanacaq. Bu, 1015 at qüvvəsi hasil edən 6,5-litrlik benzin mühərrik və üç elektromotoru olan Revuelto superkarında olduğundan xeyli çoxdur. Lakin Lamborghini əvvəl elektromobili belə bir güc ilə təmin edə bilməyəcəyini söyləmişdi.
2028-ci ildə qrand turer Lamborghini şirkətinin tam elektrikləşdirilmiş model xəttinə qoşulacaq. Artıq sırf benzin mühərriki ilə hərəkətə gələn yeni Lamborghini avtomobilini almaq mümkün deyil: 5,2-litrlik V10 ilə təchiz edilmiş sonuncu Huracan superkarı bu ilin mayında satılıb, iyulda isə V8 aqreqatı ilə hərəkətə gələn Urus krossoverinin bütün kvotası satılıb. Gələn il ən çox satılan krossover hibrid versiyada, 2029-cu ildə isə tam elektrik versiyada buraxılacaq.
autograph.az
"Kia" K9 premium sedan modelinin istehsalını dayandırır - Səbəbi isə...
"Gelandewagen" ucuzlaşdı; səbəb Çindir - FOTOLAR
Ən dözümlü avtomobil adları AÇIQLANDI
Rüsum artır, Çin maşınları isə azalmır – SƏBƏB
Almaniyada elektromobillər ucuzlaşdı
"BMW"nin dizayneri Rusiya vətəndaşı oldu
1,7 litr mühərrikli sonuncu “Niva” konveyeri tərk etdi - FOTO
Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT
Bu ölkədə “Lexus” almağa icazə verilmir
Tarixə qovuşmuş avtomobil markası dirçəldilir - ÇİNƏ GÖRƏ - FOTO
Müşavir: Çinlilər Avropa bazarını götürmək istəyir - FOTO










