Latviya sərxoş sürücülərin avtomobillərini Ukraynaya bağışlayır

Avtodünya 23 Avqust 2023 16:18 Oxunub 864
Latviya sərxoş sürücülərin avtomobillərini Ukraynaya bağışlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Latviyada ötən payızda qəbul edilmiş qanun tam gücü ilə işləyir. 

Avtosfer.az xəbər verir ki, qanuna görə qanında 1,5 promil spirt aşkar edilən sürücü cinayət məsuliyyətinə cəlb edilməklə yanaşı, nəqliyyat vasitəsi də dövlət nəfinə müsadirə olunur. 

Bu il isə hökumət müsadirə  olunan maşınları Ukrayna ordusuna verməyi qərara alıb. Artıq yazda ilk partiya Ukraynaya yola salınmışdı. Bu günlərdə isə daha bir partiya, cəmi 38 maşın Ukraynaya yola salınıb. Onlardan ümumi dəyəri 128 min avro olan 6 ədədi birbaşa Müdafiə Nazirliyinə, qalanları isə digər strukturlara və QHT-lərə verilib. Latviya saytlarında avtomobillərin siyahısı da yer alır.
Opel Astra Caravan (2003, 180 avro);
Volvo V70 (2000, 200 avro);
Škoda Superb (2011, 5200 avro);
Toyota Avensis Verso (2003, 1100 avro);
Volkswagen Sharan (2012, 189 avro);
Volkswagen Passat Variant (2000);
Opel Antara (2013, 6800 avro);
Toyota Avensis (2010, 4500 avro);
Opel Vivaro (2005, 4250 avro);
BMW 530 (2005, 5400 avro);
Audi A4 (2002, 200 avro);
Opel Insignia (2011, 4950 avro);
Volvo V60 (2012, 6990 avro);
Toyota Yaris (2012, 5850 avro);
Volvo XC90 (2006, 5800 avro);
Audi A6 (2002, 227 avro);
Hyundai Santa Fe (2006, 3900 avro);
Škoda Octavia (2005, 1250 avro);
Škoda Octavia (2004, 700 avro);
BMW 320 (2005, 3800 avro);
Audi A6 Avant (2003, 300 avro);
Volvo S60 (2004, 1200 avro);
BMW 320 (2003);
Qeydiyyatsız kvadrosikl HB-ATV125B (500 avro);
Volvo XC70 (2014, 14 000 avro);
BMW 530 (2010, 12 500 avro);
Renault Megane (2013, 5800 avro);
Kvadrosikl CFMOTO CF5002A (2014, 1200 avro);
Lada 4x4 (2007, 800 avro);
Volkswagen Golf (2009, 3500 avro);
Renault Master (1999, 630 avro);
Opel Vivaro (2007, 5700 avro);
Honda CRV (2005, 2900 avro);
Volkswagen Passat (2005, 2100 avro);
Ford S-Max (2007, 3100 avro);
Volvo XC60 (2009, 9100 avro);
Volkswagen Passat (2007, 2200 avro);
Volkswagen Transporter (1996, 420 avro).

Avtomobillərin istehsal ilinə nəzər yetirdikdə bir məlum məsələ bir daha aşkar olur: sürücülər ucuz avtomobillə daha ciddi qayda pozuntuları törədirlər. Digər tərəfdən, Latviya bu üsulla yollardakı “gəzən metalolom”dan xərcsiz qurtulmaq istəyir. 1 avqusta olan məlumata görə artıq Ukrayna üçün 432 avtomobil müsadirə edilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh