Maşın sönülü olarsa pəncərələri necə qaldırmaq olar? - Bilmədiyiniz üsul

Müasir avtomobillərdə getdikcə daha çox elə faydalı funksiyalar meydana çıxır ki, sahibləri bunun varlığından hətta xəbərsiz olurlar. İstehsalçılar salon daxilində düymələrin sayını minimuma endirməyə çalışdıqları üçün bəzi imkanlar gizli qalır və nəzərə çarpmır. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, belə az tanınan funksiyalardan biri pəncərələrin bağlanması ilə bağlıdır. Bu funksiya mühərrik söndürülsə və açar alışdırma ştirindən çıxarılmış olsa belə, pəncərələri qaldırmağa imkan verir. Adətən, avtomobil dayandırıldıqdan sonra pəncərələr açıq qalarsa, onları bağlamaq üçün yenidən mühərriki işə salmaq lazım gəlir ki, bu da narahatlıq yaradır. Lakin bir çox müasir modellərdə mühərriki işə salmadan şüşəni bağlamağa imkan verən gizli rejim nəzərdə tutulub. Ekspertlərin sözlərinə görə, bunun üçün sadəcə olaraq ön pəncərə qaldırıcılarının hər iki düyməsini eyni vaxtda yuxarı mövqedə sıxıb saxlamaq kifayətdir. Bir neçə saniyədən sonra sistem avtomatik bağlanmanı aktivləşdirir və pəncərələr tam şəkildə qalxır. Mütəxəssislər bildirir ki, düymələri tez buraxmaq olmaz, çünki bəzi avtomobillərdə funksiya işləməyə bilər. Bu imkan bir çox maşınlarda quraşdırılır, lakin sürücülərin böyük hissəsi bu “sirləri” ya təsadüfən, ya da internet vasitəsilə öyrənir.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












