“Mercedes” gələn il dünyada 2000 sürətli enerji doldurma stansiyası açacaq

Almaniyanın avtomobil istehsalçısı olan “Mercedes-Benz Group AG” 2024-cü ilin sonuna kimi dünyada elektrik avtomobilləri üçün 2000 sürətli enerji doldurma stansiyası açmağı planlaşdırır.
Bu barədə şirkətin press-relizində deyilir.
İlk üç stansiya bu ilin payızında Atlanta (ABŞ), Çenqdu (Çin) və Mannheim (Almaniya) şəhərlərində istifadəyə veriləcək.
Onilliyin sonuna kimi avtomobil istehsalçısı qurğuların sayını 10 minə çatdırmaq niyyətindədir.
Markasından asılı olmayaraq istənilən elektrik avtomobilinin sahibləri stansiyalardan istifadə edə biləcəklər, çünki qurğular müxtəlif doldurma standartlarını - Tesla tərəfindən hazırlanmış Şimali Amerika standartını (NACS), birləşdirilmiş sistemləri (CCS1 və CCS2), eləcə də Çin Guobiao standartını (GB/T) əhatə edəcək. (lent.az)
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












