Məşhur avtomobillər ABŞ-də kraş-testi keçə bilmədi - VİDEO

ABŞ-nin Yol Hərəkətinin Təhlükəsizliyi İnstitutu 7 çox yayılmış sedanı test edib.
Avtosfer.az-ın xəbərinə görə, maşınların çoxu kraş-testdən uğurla çıxa bilməyib. Cəmi 1 model maksimum bal toplayıb.
Honda Accord, Subaru Outback, Nissan Altima, Toyota Camry, Hyundai Sonata, Kia K5 və Volkswagen Jetta üzbəüz toqquşma testinə cəlb olunub. Yalnız Honda Accord maksimum nəticə göstərib. Nisbətən yaxşı göstəricilər Subaru Outback, Nissan Altima və Toyota Camry modellərində qeydə alınıb. Ən pis nəticə Hyundai Sonata, Kia K5 və Volkswagen Jetta avtomobillərində müşahidə edilib.
İnstitut bildirib ki, sözügedən modellər qəza zamanı sürücü və sərnişini etibarlı şəkildə qorumur. Lakin qurumun əməkdaşları bir faktı xüsusi vurğulayıblar: heç bir mühafizə sistemi insan amilini əvəz etmir.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












