Mitsubishi 16 yeni model hazırlayır

Avtodünya 13 Mart 2023 17:59 Oxunub 616
Mitsubishi 16 yeni model hazırlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mitsubishi Motors şirkəti 2030-cu ilə qədər olan inkişaf strategiyasını açıqlayıb. Doğrudur, yeni strategiya müxtəlif zaman kəsiyi üçün tamamilə fərqli məqsədlərin qoyulduğu bir neçə bölmədən ibarətdir. Məsələn, növbəti üç ili əhatə edən qısamüddətli Challenge 2025 planı satışların cari maliyyə ilində gözlənilən 866 min avtomobildən (Yaponiya qanunvericiliyinə görə martın 31-də başa çatır), 2025-ci ildə 1,1 milyon avtomobilə çatdırılmasını nəzərdə tutur.

Eyni zamanda, əməliyyat mənfəəti 170-dən 220 milyard yenə qədər artmalıdır. Yeri gəlmişkən, Mitsubishi 2020-ci maliyyə ilini 95 milyard yen əməliyyat itkisi ilə başa vurmuşdu.

Bu strategiyadakı ən maraqlı məqam model çeşidinin inkişaf perspektividir və o, növbəti beş ili əhatə edir – yəni, 2028-ci ilə qədər. Şirkət 16 yeni modeli anons edib, onlardan doqquzu (təkrar doldurulan hibridlər və elektromobillər) elektrikləşdiriləcəkdir.

On altı avtomobildən ikisi artıq məlumdur - bu, Avropa üçün nəzərdə tutulmuş Mitsubishi ASX krossoveri (üzü dəyişdirilmiş Renault Captur) və satışları Yaponiyada bu il başlayan Mitsubishi Delica Mini keykarıdır.

Xatırlatmaq gərəkdir ki, bir neçə il əvvəl Mitsubishi üçün prioritet bazarlar Cənub-Şərqi Asiya və Avstraliya seçilmişdi. İkinci eşalon - Cənubi Amerika, Afrika və Yaxın Şərqdir. Şimali Amerikada, Yaponiyada, Avropada və hətta Çində şirkət qalıq prinsipinə uyğun olaraq işləyəcək və inkişaf edəcəkdir.

Buna görə də, məsələn, Avropa bazarı üçün beyc-injiniriq strategiyası seçilib. Renault Clio Captur modelindən sonra Renault Clio da Mitsubishi loqotipini sınaqdan keçirəcəkdir: bu il o, Mitsubishi Colt adı altında peyda olacaqdır. 2025-ci ilə qədər isə, Avropada, Mitsubishi brendi altında ilkin olaraq Renault və Nissan tərəfindən hazırlanmış iki elektromobil satışa çıxmalıdır.

Tamölçülü təqdimatlar şirkətin bazar prioritetlərini nəzərə almaqla hazırlanır. Bu il növbəti yenilik yeni nəsil Mitsubishi L200 pikap olmalıdır, özü də onun elektrik versiyası da gözlənilir. Pikapla eyni platformanı paylaşacaq Pajero Sport (slaydlarda qısaldılmış PPV (Pickup Passanger Vehicle)) modeli yalnız 2025-ci ildə gözlənilir.

Mitsubishi XFC konsepti təxminən 2023-cü ilin sonunda seriya krossoverinə çevriləcək, bir ildən sonra isə, üç oturacaq cərgəsi olan böyük ofrouder debüt etməlidir. Həmçinin planlarda miniven (benzin və hibrid versiyalarda), ikicərgəli krossover (hibrid və elektrik) və hibrid Xpander modeli var. Onların hamısı 2028-ci ilə qədər işığı görməlidirlər.

Nəhayət, şirkət 2030-cu il üçün müəyyən hədəflər qoyub. Belə ki, elektrikləşdirilmiş modellərin qlobal satışlardakı payı 50 faizə çatmalıdır, halbuki 2021-ci maliyyə ilində bu göstərici cəmi 7 faiz olub.

Mitsubishi Motors həmçinin 2030-cu ilə qədər 210 milyard yen (1,54 milyard dollar) xərcləyərək ildə 15 giqavat/saat gücündə dartma batareyası istehsalı müəssisəsini qurmağı planlaşdırır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh