Reklam

"Mitsubishi" yığcam "Xforce" krossoverini təqdim edib

Avtodünya 16 Avqust 2023 16:18 Oxunub 778
"Mitsubishi" yığcam "Xforce" krossoverini təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cakartada (İndoneziya) keçirilmiş GAIKINDO avtosalonunda Mitsubishi şirkəti yeni yığcam krossoveri nümayiş etdirib. Gözləntilər özünü doğrultmayıb: o, ASX indeksini almayıb. Əslində Mitsubishi Xforce adı altında təqdim olunan yeni krossover 2010-cu ildən buraxılan və çoxdan dəyişdirilməyə ehtiyacı olan məşhur ASX modelinin varisidir.

Hər iki krossoverin ölçüləri çox yaxındır. Yeni Xforce modelinin uzunluğu 4390 millimetr (indiki ASX modeli 25 millimetr qısadır), eni - 1810 millimetr (ASX ilə eyni), hündürlüyü isə 1660 millimetrdir (ASX modelindən 30 millimetr alçaq). Krossoverin təkər bazası 2650 millimetrdir. Xatırladaq ki, ASX modelində bu göstərici 2670 millimetrdir. Lakin Xforce modelinin şassisi sadələşdirilib: əgər ASX modelinin bütün versiyalarında  çoxqollu arxa asqı quraşdırılırdısa, indi sadə tir təklif edilir.

Mitsubishi Xforce keçən ilki Mitsubishi XFC konseptinin təkamülüdür: konseptin dizayn və nisbətləri demək olar ki, dəyişməz saxlanılıb. Şirkət bu üslubu Silky & Solid adlandırır. Hətta bəzi dekorativ elementlər (məsələn, qapıların altındakı "pulcuqlar") konseptdən seriya avtomobilinə irsən keçib. Lakin krossover adi yan güzgüləri və daha təvazökar təkər disklərini (20 düym əvəzinə 18 düym) əldə edib.

İnteryeri lahiyələndirərkən rahatlıq ön planda olub. Tərtibatda yumşaq materiallardan geniş istifadə (məsələn, ön paneldə parça örtüyü var) olunub, oturacaqlar "rahat" ediliblər, ikinci oturacaq cərgəsi isə "sinfdə ən geniş" adlanır və burada heç bir problem olmadan üç sərnişin əyləşə bilər. Arxa divanın kürək hissəsi 40:20:40 nisbətində üç hissəyə bölünür və onların hamısında səkkiz mövqedə qeydə alınan tənzimləmə var.

Sürücünün qarşısında səkkiz düymlük cihazlar paneli və 12,3 düymlük sensor ekranı olan media sistemi var. İki zonalı iqlimə nəzarət sistemi, içki şüşələri və kiçik əşyalar üçün çoxlu konteynerlər, qadcetlər üçün bir neçə bağlayıcı var. Əlavə ödəniş qarşılığında səkkiz dinamikli qabaqcıl Dynamic Sound Yamaha Premium audio sistemini sifariş etmək olar. Bundan başqa, adaptiv kruiz-kontrol və bir sıra digər köməkçilər də mövcuddur.

Mitsubishi Xforce adi çoxnöqtəli püskürtməyə və 10:1 sıxılma nisbətinə malik olan 1,5-litrlik 4A91 atmosfer mühərriki ilə təchiz edilir. Hasilat - 105 at qüvvəsi və 141 Nm-dir. Çəkisi 1245 kiloqram olan krossover variator və yalnız ön ötürməyə malikdir və xüsusi hərəkət rejimləri isə mürəkkəb yollarda keçid qabiliyyətinin artırılmasına cavabdehdir. Cəmi dörd rejim var - Normal, Wet, Gravel, Mud. Klirens – 222 millimetrdir.

Yeni modelin əsas bazarı Mitsubishi brendinin güclü mövqeyə malik olduğu Cənub-Şərqi Asiya olacaq. Krossoverlər İndoneziyada istehsal olunacaq (ASX orada 2018-ci ilə qədər istehsal edilib) noyabr ayında satışa çıxarılacaqdır. Daha sonra isə, krossoverin digər Asiya ölkələrinə (məsələn, Vyetnam və Filippin), Latın Amerikası, Afrika və Yaxın Şərq ölkələrinə ixracına başlanacaqdır. Çox güman ki, o zaman daha güclü versiyalar da peyda olacaqlar.

atograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh