“Moskviç” taksiyə uyğun gəlmədi, “Avtovaz” inhisarçıya çevrilir

Rusiya Dövlət Şurası taksi fəaliyyəti ilə bağlı yeni qanun hazırlayıb.
Avtosfer.az xəbər verir ki, artıq müzakirə mərhələsində olan qanun layihəsində taksi avtomobillərinin sırf yerli istehsal olması tələb kimi qarşıya qoyulur. Avtomobil istehsalçılarının təzyiqi ilə hazırlanan qanunda göstərilir ki, bu yolla ölkənin texniki suverenliyi təmin olunacaq, sanksiya təzyiqi azalacaq.
Tələbə görə, yalnız yüksək lokallaşma dərəcəli (yəni, detalların çoxu Rusiyada istehsal olunan) yerli maşınlardan taksi fəaliyyətində istifadə edilə bilər.
Ekspertlərin qənaətinə görə, burada məqsəd yerli avtomobillərə süni tələbat formalaşdırmaqdır. Qanun qüvvəyə minərsə, yalnız “Avtovaz”, UAZ və “Haval” kriteriyalara uyğun gəldiyindən taksi kimi istifadə olunacaq. Qalmaqallı “Moskviç” isə bir neçə detalı çıxmaqla Çin modeli olaraq qalır. Faktiki olaraq bu qanun “Avtovaz”ı taksi bazarında inhisarçıya çevirəcək.
Taksi şirkətlərinin rəyini isə heç kim nəzərə almayıb.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












